Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
101519
az

Tibb tarixində MÖCÜZƏ: 5 yaşlı uşağın ürəyini çıxarıb... - FOTO

23:4322 Yanvar, 2024
195
DÜNYA
  • A

Ana bətnində ikən ürəyində şiş aşkarlanan uşağın son durumu hər kəsi heyrətə salıb. 

Oxu24.com  bildirir ki, hazırda 5 yaşı olan Ekin Ada Işık ilə bağlı həkimlər əməliyyatın vacib olduğunu bildiriblər.

Ekin Ada Işık 5 yaşında möcüzəvi əməliyyatla yenidən doğulub.

Balıkəsirdə yaşayan Mustafa və Fahriye Işık cütlüyünün tək övladı olan Ekin Ada 32 həftəlik ana bətnində olarkən ürəyində şiş aşkarlanıb. Həkimlər körpənin qüsurlu doğulacağını bildirsələr də, anası onu dünyaya gətirmək istəyib. 

5 yaşına kimi körpənin şişi ürəyi ilə birlikdə böyüyüb və 8 santimetrlik kiçik ürəyi özü boyda da böyük bir şişi daşımalı olub. Ekin Ada ötən ilin oktyabr ayında Koç Universiteti Xəstəxanasında dünya tibb tarixinə daxil olacaq əməliyyatla yenidən doğulub.

"Əsrin ürək cərrahı" kimi tanınan professor Afksendiyos Kalanqos 8 saatlıq əməliyyat zamanı Ekin Adanın ürəyini çıxararaq şişi təmizlədikdən sonra transplantasiya edib.

"O qədər riskli əməliyyat idi ki, nəfəsimizi tutaraq etdik. Əgər başqa bədəndən bir ürək nəqli olsaydı, daha asan olardı. Avtotransplantasiyada, yəni xəstənin özündən transplantasiyada ən kiçik səhv zamanı əvəz edə biləcəyiniz başqa orqan yoxdur", - deyə professor bildirib.

 

Məqaləyə dair fotomateriallar:

 
 
Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Rusların intensiv hücumları boşa çıxdı: Ukrayna ordusu 62 hücumu dəf etdi
Əsədin Türkiyə planı illər sonra üzə çıxdı: bu qüvvələrə silah verərək... -DETALLAR
Moskvada hava qızdı: "Ələddin" və "Nənə" qış yuxusundan ayıldı -FOTO

Dünyamız haqqında 25 qısa fakt

18+

İntim əlaqədə olduğu oğlanı öldürdü - MƏHKƏMƏ
DİN İmişlidəki qəzanın görüntülərini yaydı- Video
Şəhid oğlunun ev şikayəti ilə bağlı- Gəncə RİH-dən açıqlama
Meymunçiçəyinə yoluxma zamanı bu etmək olmaz— HƏKİMDƏN AÇIQLAMA
Orta məktəbdə atışma: Qız şagirdi öldürdü, özü də intihar etdi