Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
101516
az

Husilər ABŞ Hərbi Dəniz Qüvvələrinin yük gəmisinə hücum edib

22:5822 Yanvar, 2024
161
DÜNYA
  • A

Yəmənin “Ənsar Allah” (husilər) üsyançı hərəkatının nümayəndəsi Yəhya Səria bildirib ki, onun nümayəndələri Ədən körfəzində “Ocean Jazz” yük gəmisinə hücum edərək, gəminin ABŞ Hərbi Dəniz Qüvvələrinə aid olduğunu müəyyən ediblər.

 

Oxu24.com xəbər  verir  ki,bu barədə o, öz Twitter səhifəsində yazıb.

 

Onun sözlərinə görə, Yəmən Hərbi Dəniz Qüvvələri Ədən körfəzində Amerikanın hərbi yük gəmisi “Ocean Jazz”a qarşı əməliyyat keçirib. Gəmi gəmi əleyhinə raketlərlə vurulub.

 

Saria vurğulayıb ki, Yəmən Silahlı Qüvvələri Fələstinə dəstək istiqamətində dəyişməz mövqelərini təsdiqləmək üçün bütün addımları atmağa davam edir.

 

Bundan əvvəl “Washington Post” ABŞ-ın Qırmızı dənizdə Yəmənin Ənsar Allah (Husilər) üsyançı hərəkatına qarşı iqtisadi və ya hər hansı digər səbəblərdən deyil, ideoloji baxımdan əməliyyat başlatdığını yazmışdı.

 

Buna görə, Birləşmiş Ştatların lideri Co Bayden əmindir ki, Qırmızı dənizdəki vəziyyətlə bağlı Amerika tərəfi “güclü orduya və ümumi məqsədə çatmaq üçün digər dövlətləri birləşdirməyə qadir olan əvəzolunmaz bir millət kimi” hərəkət etməlidir.

 

Bundan əvvəl husilər hər 12 saatdan bir Qırmızı dənizdə ticarət gəmilərinə hücum etmək niyyətində olduqlarını bəyan etmişdilər.

 

Nigar

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Ermənistan Rusiya və İrana qarşı sanksiyalardan narahatdır
Rusların intensiv hücumları boşa çıxdı: Ukrayna ordusu 62 hücumu dəf etdi
İstanbuldan Dəməşqə 12 ildən sonra ilk uçuş

Dünyamız haqqında 25 qısa fakt

18+

İntim əlaqədə olduğu oğlanı öldürdü - MƏHKƏMƏ
DİN İmişlidəki qəzanın görüntülərini yaydı- Video
Şəhid oğlunun ev şikayəti ilə bağlı- Gəncə RİH-dən açıqlama
Meymunçiçəyinə yoluxma zamanı bu etmək olmaz— HƏKİMDƏN AÇIQLAMA
Orta məktəbdə atışma: Qız şagirdi öldürdü, özü də intihar etdi