Qazaxıstanda güclü zəlzələ olub.
Oxu24.com xəbər verir ki,Qazaxıstanın Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, Almatıda 6,7 bal gücündə zəlzələ baş verib.
Yenilənib...
Çin və Qırğızıstan sərhədində 7 bal gücündə zəlzələ qeydə alınıb.
Bu barədə məlumatı Özbəkistan Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Özbəkistan Respublikasının Seysmoloji Mərkəzinin məlumatına görə, zəlzələnin episentri Qırğızıstan və Çin sərhədində olub, yeraltı təkanların gücü 7 bal olub.
Daşkəndin özündə isə 3 bal olub.
Zəlzələ Əndican, Fərqanə və Namanqan rayonlarında da hiss olunub.
Müəllif: Miri
Oxu24.com
ŞƏRHLƏR