Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
101500
az

Rusiya Çinə ən böyük neft tədarükçüsünə çevrilib

20:4122 Yanvar, 2024
125
DÜNYA
  • A

Rusiya 2023-cü ildə Çinin ən böyük xam neft tədarükçüsü olub. Bu göstəriciyə görə o, əvvəlki lider Səudiyyə Ərəbistanını qabaqlayır.

 

Oxu24.com xəbər  verir  ki,bu barədə  Bloomberg məlumat yayıb.

 

Yanvarın 22-də açıqlanan gömrük statistikasına görə, dünyanın ən böyük neft idxalçısı 2023-cü ildə Rusiyadan rekord həddə - 107 milyon ton xam neft alıb ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə təxminən dörddə bir çoxdur.

 

Bu rəqəm Səudiyyə Ərəbistanından tədarük həcmini üstələyir və təqribən 86 milyon ton təşkil edib. 2018-ci ildən bəri ilk dəfə Rusiya Çinə tədarükçülər arasında birinci yeri tutub: Moskva gündə təxminən 2,15 milyon barel neft tədarük edib.


Çinin neft emalı şirkətləri G7-nin müəyyən etdiyi 60 dollar/barel qiymət həddini keçərək Rusiyadan xam nefti aktiv şəkildə alırlar. ESPO neftini daşıyan gəmilər Rusiya Federasiyasının Uzaq Şərq regionlarından nisbətən qısa marşrutla Çinə gəlməkdə davam edir. Yüksək xam neft qiymətləri Səudiyyə Ərəbistanından neft tədarükünə marağı azaldıb və Pekinin iranlı təchizatçılarla fikir ayrılığı Rusiya neftinə tələbatı daha da artırıb.

İraq və Malayziya keçən il Çinin xam neft tədarükçüləri arasında üçüncü və dördüncü yerləri tutublar. İran kimi sanksiyaya məruz qalan ixracatçıların neft və yanacağı Çin hökumətinin statistikasında tez-tez Malayziyadan gələn kimi təsnif edilir.

Rusiya həm də 2023-cü ildə 9,6 milyon ton mazut göndərməklə Çinə ən böyük mazut tədarükçüsü olub. Malayziya 6,93 milyon ton daşıma ilə ikinci yerdədir.

 

Müəllif:Afət

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Bayden hərbi bazanın bufetindən "çörək oğurladı" -VİDEO
"ABŞ MDB-də xaos yaratmaq istəyir" -FSB rəhbəri
Bayden yumor hissini itirməyib

Dəvələr haqda maraqlı məlumatlar

18+

Tələbələri porno videolara çəkən şəxs tutulub
Eltisi tərəfindən piyləri çıxarılan qadın öldü - BAKIDA ŞOK
Satışda zəhərli uşaq paltarları aşkarlandı— Bu işdə “Azərenerji” rəhbərinin oğlunun da adı hallanır
Həmin dərmanları necə pulsuz əldə edək?- Rəsmi açıqlama
“Sako” ləqəbli tiktoker    həbs     edildi