Müğənni Damlaya aid olduğu iddia edilən intim görüntülər yayılıb.
Oxu24.com xəbər verir ki, məsələ ilə bağlı müğənninin meneceri Əfruzə Ağayeva açıqlama verib. O bildirib ki, sözügedən kadrlarda olan qadın Damla deyil:
“O videodakı qadın Damla deyil, açıq-aşkar görünür ki, yüngül həyat tərzi olan yaşlı bir qadındır. Xahiş edirəm ki, Damla xanıma boş-boş böhtanlar atılmasın. Damlanın gözəl bir övladı var, anadır. Onun necə bir sənətçi xanım olduğunu hər kəs bilir. Videodakı qadınla Damlanın üz cizgiləri, bədən quruluşu tamamilə fərqlidir”.
Etik qaydalara uyğun olmadığı üçün videonu təqdim etmirik.
Oxu24.com
ŞƏRHLƏR