Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
10148
az

Əmisi arvadını zorladı, sonra boğub öldürdü

13:0421 Fevral, 2019
843
KRİMİNAL
  • A
 
Şəki Apellyasiya Məhkəməsində əmisi arvadını zorlayıb öldürən şəxsin məhkəməsi başlayır.

Oxu24.com  ölkə.az-a istinadən xəbər verir ki, Bəhruz İsmayılov cəzasının 9 ilini çəkdiyi üçün azadlığa çıxması ilə bağlı Şəki rayon Məhkəməsinə müraciət edib.

Ancaq yerli rayon məhkəməsi məhkumun ərizəsini rədd edib. Bundan sonra məhkum 2-ci instansiya məhkəməsinə müraciət edib. Fevral ayının 25-də hakim Akif Eyvazovun sədrliyi ilə B. İsmayılovun şikayətinə baxılacaq.

Xatərladaq ki, 2008-ci ilin oktyabr ayında Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə Yevlaxın Alar kənd sakini Bəhruz Maarif oğlu İsmayılov 15 il müddətinə azadlıqdan məhrum edilib.

İsmayılov 2008-ci il iyulun 12-də əmisi arvadı, 51 yaşlı Roza Bədəlovanı zorlayıb, sonra isə şalvarının kəməri ilə onu boğaraq qətlə yetirib.
İsmayılov ifadəsində özünü qismən təqsirli bilib və deyib ki, əmisi arvadını öldürməyi iki il əvvəl planlaşdırıb və bu qətli qisas almaq məqsədilə törədib.

Onu öldürməyinə səbəb isə Bədəlovanın anası ilə dalaşması olub.

İsmayılovun əmisi, zərərçəkmiş Əliş Mahmudov isə hadisə olan vaxt Rusiyada olduğunu deyib və qardaşı oğlundan şikayətçi olmadığını bildirib.
İsmayılov Cinayət Məcəlləsinin qəsdən adam öldürmə (120.1) və zorlama (149) maddələri ilə ittiham olunub. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

32 yaşlı həyat yoldaşını qətlə yetirən Ağababanın FOTOSU
Bakıda kişi arvadına görə anasını amansızlıqla öldürdü - FOTO
Bakı-Qazax yolunda avtoxuliqanlıq etdi, həbs olundu

Hindistanın iki“dəli”yoqu

18+

İntim əlaqədə olduğu oğlanı öldürdü - MƏHKƏMƏ
Futbolçu oyunda vuruldu - VİDEO
Şəhid oğlunun ev şikayəti ilə bağlı- Gəncə RİH-dən açıqlama
Plastik cərrahların nəzərinə:Bu gün son gündür
Qanunsuz saxlanılan silahlar polisə   təhvil    verildi