Ermənistanın nəqliyyat naziri Akop Arşakyan “Kilikiya” mərkəzi avtovağzalının tualetindən canlı yayım edib.
Tualetdəki antisanitar vəziyyətdən şoka düşdüyünü deyən nazir bununla bağlı tədbirlər görəcəyini bildirib. Arşakyan “Facebook”dakı canlı yayımında bunları deyib:
“Biz hər şeyi öz adı ilə adlandırmaq, aktual məsələləri qaldırmaq və vəziyyətdən çıxış yolu axtarmaq siyasətimizə davam edirik. Sizinlə avtovağzalın tualeti ilə bağlı təəssüratlarımı bölüşmək istəyirəm. Sanitariya qovşağının vəziyyəti bərbaddır. Tamamilə antisanitariya hökm sürür. Hiss edilir ki, on illərlə burada iş görülməyib. Avtovağzalın normal tualeti, gözləmə zalı olmalıdır. Biletləri almaq üçün normal sistem olmalıdır, sürücülərə şərait yaradılmalıdır”.
Arşakyan yaxın vaxtlarda avtovağzalın infrastrukturunun yaxşılaşdırılması üçün tədbirlər görəcəyinə vəd verib.
Qeyd edək ki, Arşakyanın canlı yayım videosu daha sonra “Facebook” səhifəsindən silinib.
Oxu24.com
ŞƏRHLƏR