Rusiyada güclü külək müşahidə olunur.
Oxu24.com Rusiya mediasına istinadən xəbər verir ki,Yanvarın 21-də Primoryedə fırtına küləyi olub, güclü külək yoldan keçən qadını yıxaraq,yoldakı əşyalara çırpıb..Şahidlər hadisənin videogörüntülərini sosial şəbəkələrdə yayıblar.
Hadisə Vladivostokda “Çeryomuşki” ticarət mərkəzinin yaxınlığında baş verib və müşahidə kameralarına düşüb.
Meteoroloqlar rayon sakinlərinə yanvarın 21-də hava şəraitinin pisləşməsi, Vladivostokda küləyin sürətinin 20 m/s-ə çatması, fırtınanın damları və hasarları uçurması ilə bağlı xəbərdarlıq edib.
Əlverişsiz hava şəraiti ilə əlaqədar olaraq ağır yük maşınlarının, müntəzəm avtobusların və motosikletlərin kanatlı körpüdən Russki adasına keçidi bağlanıb.
Əvvəllər Rusiyanın meqapolislərinin sakinləri üçün güclü qar yağacağı proqnozlaşdırılırdı.
Müəllif:Nigar
Oxu24.com
ŞƏRHLƏR