Aİ xarici işlər nazirləri bazar ertəsi Brüsseldə İsrailin xarici işlər naziri İsrael Katz və Fələstin administrasiyasının baş diplomatı Riyad əl-Maliki ilə ayrı-ayrılıqda görüşlər keçirəcək.
Məlumata görə, tərəflər Qəzza zolağındakı vəziyyətin həllini müzakirə edəcəklər.
Oxu24.com xəbər verir ki,bu barədə İsrailin “Times of Israel” qəzeti yazır.
“Avropa İttifaqının xarici işlər nazirləri bu gün İsrail və fələstinli həmkarları ilə davamlı sülh perspektivləri ilə bağlı ayrı-ayrılıqda danışıqlar aparacaqlar”, - nəşr yazıb.
Katz və əl-Maliki bu gün Brüsseldə Səudiyyə Ərəbistanı, İordaniya, Misirdən olan həmkarları və Ərəb Liqasının baş katibinin də iştirak edəcəyi Avropa İttifaqının Xarici Əlaqələr Şurasının iclasında ayrıca çıxış edəcəklər.
Bundan əvvəl bildirilmişdi ki, İsrail Fələstinin Həmas hərəkatının daimi atəşkəs tələbi ilə razılaşmadığından, Qəzza zolağından məhbusların azad edilməsi ilə bağlı danışıqlar dalana dirənib.
Bundan əvvəl İsrailin baş naziri Benyamin Netanyahu fələstinlilər üçün dövlət yaratmaq ideyasını rədd etmişdi.
Müəllif:Afət
Oxu24.com
ŞƏRHLƏR