Çərşənbə axşamı Yer kürəsində maqnit qasırğası gözlənilir.
OXU24.COM xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutunun Günəş Astronomiyası Laboratoriyası və Rusiya Elmlər Akademiyasının Sibir bölməsinin Günəş-Yer Fizikası İnstitutu məlumat yayıb.
Proqnoza görə, Bakı vaxtı ilə saat 07:00-da Günəşdə partlayış G1 səviyyəsinə (zəif qasırğa) çatacaq və bu partlayışdan əvvəl və sonra bir neçə saat ərzində geomaqnit dalğaları qeydə alınacaq. Yaxın 24 saat ərzində maqnit fonunun normal qalacağı qeyd edilir.
Oxu24.com
ŞƏRHLƏR