Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
101454
az

Bakirəliklə bağlı ŞOK FAKTLAR: xəyanət zamanı orqanizmdə nə baş verir?

22:4821 Yanvar, 2024
783
18+
  • A

Çünki qızların daxili harmoniyası hələ tamdır və...
Təbiət qanunları dini və ya mentalitet qanunları ilə bəzən uzlaşmır. Dinin və ya hər xalqın özünəməxsus qanunları var ki, çox vaxt bundan əziyyət çəkən qadınlar olur. Amma kişilər də bu qanunların güdazına az getməyiblər. Məsələn, bir çox millətlərdə (xüsusən də şərqdə) artıq həddi-büluğa çatmış gəncin ailə qurmasını onun nəsil böyükləri tələb edir. Bu zaman gənc qızın kimisə sevib-sevmədiyi nəzərə alınmır. Gənc oğlana isə yanlışlıqla “evlən, bizim dediyimiz qızla ailə qur, sonra istədiyin qadınlarla “cavanlıq edərsən” tövsiyəsi verilir. Əslində bu tövsiyənin heç bir dinlə uzaqdan-yaxından əlaqəsi yoxdur. Bütün səmavi və qeyri-səmavi dinlər xəyanəti günah sayır. Bəs təbiət nə deyir?

Publika.az bununla bağlı yazını təqdim edir:

İnsan bədəninin quruluşu onun vaxtında intim münasibətə başlamasını tələb edir. Hər iki cinsdə gecikmə müxtəlif fiziki-psixoloji fəsadlar yarada bilər. Amma gecikməmək məqsədilə gözübağlı cinsi həyata başlamaq da insanın ən böyük yanlışıdır. Buna yol verdiyi halda nəinki özünə, özündən sonrakı nəslə də sağalmaz yara açır. Bu proses belə baş verir: kişi və qadın arasında doğru enerji mübadiləsinin sağlam nəsil yetişməsinə səbəb olması danılmaz faktdır. Amma burda “doğru” sözünü xüsusi qabartmaq lazımdır. Doğru enerji mübadiləsi cinslərin sadəcə ailə qurmaq, törəmək çərçivəsində qətiyyən mümkün deyil. Burada mütləq surətdə tərəflərin bir-birinə səmimi, ürəkdən duyğuları olmalıdır. Əks təqdirdə enerji mübadiləsi axını tam olaraq orqanizmdə dövr edə bilməz. Məlum olduğu kimi, enerji axınının ən güclü həddi cinsi akt zamanı baş verir, amma... əgər bu proses iki sevən şəxs arasında baş verirsə... Sadəcə zövq üçün və ya ailə böyükləri məsləhəti ilə bir araya gələn gənclər arasında enerji mübadiləsi natamam və zərərli baş verir. İki sevən insanın cinsi qovuşması zamanı insanın müsbət enerjisi, qadın və kişi toxumlarının daha fəal birləşməsi, həmçinin fərdlərin gen məlumatının bir-birinin orqanizminə ötürülməsi prosesi gedir.

 

Yuxarıda qeyd olunduğu kimi, təbiət+mentalitet+dinin yeganə uzlaşdığı nöqtə xəyanət və çoxpartnyorlu münasibətə yol verilməməsidir. Səbəb? Məsələ burasındadır ki, qadın orqanizmi, xüsusən də sırf qadın orqanları kişinin mikroflorası əsasında qurulur. Qurulmuş sistem isə seks partnyoru dəyişərkən dağılıb yenidən qurulmağa başlayır. Təsəvvür edin ki, binanın bünövrəsi qoyulub daşı qaldırılır, sonra kimsə onu söküb yenidən tikməyə başlayır. Bu proses hər dəfə təkrarlanarsa, nə həmin torrpaqda, nə də özüldə dözüm qalar. Sonrakı qurulan bina isə qəzalı vəziyyətdə olacaq. Ona görə də bir insanla fiziki və mənəvi məhəbbət qadının özü və onun dünyaya gətirəcəyi uşaq üçün çox vacibdir. Bunun üçün də qızın bakirə ərə getməsi məqbul sayılır. Yoxsa hər kişidən qalan “daş parçası” gələcək nəslin təməlini bəri başdan yanlış qurar. Amma burada bir nüansa diqqət: təbiət bakirəliyi sadəcə cinsi orqanın bütövlüyü ilə qəbul etmir. Ona bakirəlik tam olaraq lazımdır. Yəni qız nəinki qadınlıq orqanını, hisslərini, baxışlarını da bakirə saxladığı halda onun kişiyə ötürdüyü enerji də tam olaraq bəhrəsini verər. Amma burada kişi də yaxasını kənara çəkməməlidir. Bakirlik güclü cinsdən də tələb olunur. Burada oxucu etirazların şahə qalxacağını təxmin etmək olar, amma təkrar edirəm, təbiət öz saydığını sayır, o, “kişiyə olar, qadın özünü qorusun” prinsipi ilə işləmir. Alimlərin çoxdan irəli sürdüyü və təsdiqlədiyi teleqoniya (Əvvəlki, xüsusilə də ilk seksual partnyorla əlaqənin cütlüyün sonrakı nikahından olan övladlarının irsi xüsusiyyətlərinə təsir etməsi) prosesi var. Qadınla yanaşı, kişi də ilk partnyorundan bədənində “xatirə” gəzdirir. İndi belə çıxır ki, müasir dövrdə doğulan bütün uşaqlar ata-analarının əvvəlki sevgisini özündə yaşadır.

Maraqlı bir fakt var ki, bakirə qızlar qadınlara nisbətən ətrafa daha sağlam və təmiz aura yayırlar. Çünki qızların daxili harmoniyası hələ tamdır, əks cinslə bölüşülməyib.

 

Deyək ki, tamamilə toxunulmaz olan cütlük qovuşur, doğru enerji axınını yaradır və dünyaya sağlam övlad gətirirlər. Amma daha sonra ər və arvad xəyanət etdiyi halda artıq hər iki orqanizmə alışıq olan enerji mübadiləsi başqa bir orqanizm üçün də ehtiyat saxlayır. Yəni enerjinin yarısı digər rəqib bədənə ötürülür. Natamam enerji isə ilk olaraq psixoloji təsirlə başlayır. Beyin yad bədənlə etdiklərinin şüuraltı əziyyətini çəkir. Bunu dilə gətirməsə belə, özündən asılı olmadan peşmanlıq hissi baş qaldırır. Getdikcə cütlüyün bir-birindən soyuması, soyuqluqdan yaranan qəzəb, qısqanclıq, nifrət artıq mübət enerjini “yaralayır”. Daha sonra isə stress və daxili gərginlikdən müxtəlif xəstəliklər törəyir. Beləliklə, bu cütlük yenidən sağlam “bina” tikməsi üçün hər şeyi yenidən başlamağa məcbur olur.

Boş yerə deməyiblər ki, “Hər güclü kişinin arxasında bir iradəli qadın dayanır”. Seksoloqlar bunu belə təsvir edirlər: kişi maşındır. Amma ən yaxşı maşın da yanacaq olmasa işləyə bilməz. Qadın isə o maşını hərəkətə gətirən yanacaqdır. Məhz yanacağın tərkibinin keyfiyyəti ilə maşının gələcək taleyi və uzunömürlülüyü bəlli olar.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Tələbələri porno videolara çəkən şəxs tutulub
Kuryer tələbə qızı zorlayıb (18+)
Məmurun nazir arvadları ilə intim görüntüləri yayılıb

112 yaşında öldü

18+

Tələbələri porno videolara çəkən şəxs tutulub
Eltisi tərəfindən piyləri çıxarılan qadın öldü - BAKIDA ŞOK
Satışda zəhərli uşaq paltarları aşkarlandı— Bu işdə “Azərenerji” rəhbərinin oğlunun da adı hallanır
Həmin dərmanları necə pulsuz əldə edək?- Rəsmi açıqlama
Gürcüstandakı toyda 9 azərbaycanlı   bir-birini       bıçaqladı