Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
101434
az

Batumidə bütün ticarət mərkəzləri boşaldılıb

20:4521 Yanvar, 2024
110
DÜNYA
  • A

Batumidə şəhərin bütün əsas ticarət mərkəzlərində - Grand Mall, Batumi Mall, Metro City və Batumi Plazada yenidən evakuasiya elan edilib.


Oxu24.com IPN-ə istinadən  xəbər verir ki, “Grand Mall” ticarət mərkəzinin təhlükəsizlik işçiləri hər kəsdən vaxtında binanı tərk etməyi tələb etsələr də, səbəb göstərməyiblər. Versiyalardan birinə görə, ticarət mərkəzlərindən evakuasiya bombanın olması barədə mesajla əlaqələndirilir.

 

“Bir neçə dəqiqə əvvəl administrasiyanın təhlükəsizlik işçisi gəldi və bizə sərt şəkildə xəbərdarlıq etdi ki, dərhal binanı tərk edək. Səbəbini bizə bildirmədilər. Bundan əvvəl mağazalardan birində səs-küy eşitdik.

 

Düşündük ki, oğurluq olub. Təfərrüatları bilmirik, bəlkə də bomba axtarırlar, amma dəqiq nə olduğunu bilmirik. Sosial şəbəkələrdə belə yazırlar. Vətəndaşlar avtomobilləri binadan çıxarırlar. Binadan uzaqdayıq”, - deyə ticarət mərkəzinin əməkdaşlarından biri agentliyə bildirib.

 

Yanvarın 20-də Batumi hava limanında bomba xəbərləri əsasında təxliyə elan edilib.

 

“Dünən gecə Telegram-da anonim hesablardan Batumidə terror aktlarının planlaşdırıldığı ilə bağlı təhdidlərin yer aldığı kütləvi məktublar yayılıb. Bəzi hallarda təhdidlər müsəlmanlara və məscidlərə, digərlərində isə ümumilikdə Gürcüstana “Rusiyanı bəyənmədiyinə görə” aid edilib”, - gürcü mediası yazır.

 

Müəllif: Nigar

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Estoniya Ukraynaya qoşun göndərməyi müzakirə edir
Danimarkanın baş naziri F-16-ları Ukraynaya göndərəcəyinə söz verib
Serbiya Ukraynaya səfir göndərəcək

Dünyanın ən kök oğlanı belə çəki itirdi - Foto

18+

Şəhərin mərkəzində turistin bıçaqlanması kameraya düşdü (18+VİDEO)
Raket binaya belə düşdü - DƏHŞƏTLİ VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
İrandan gətirilən 61 kq narkotiki satmaq istədilər