Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
101417
az

Paşinyan haqlıdır: bu, sülh sazişinin tələbidir

17:3021 Yanvar, 2024
238
SİYASƏT
  • A

Paşinyanın "yeni konstitusiyanın qəbul edilməsi" fikri Ermənistanda əsas müzakirə mövzusuna çevrilib: hakimiyyət bunu konstitusiyanın mövcud reallığı əks etdirmədiyi ilə əsaslandırır, müxalifət iqtidarı Bakı və Ankaranın "sifarişini" yerinə yetirməkdə ittiham edir.

Bu barədə siyasi şərhçi Asif Nərimanlı bildirib.

Ermənistan hakimiyyəti haqlıdır, çünki mövcud konstitusiya "müstəqillik bəyannaməsi"nin yerinə yetirilməsini tələb edir. Ki, 12 bəndlik bəyannamədə Azərbaycan və Türkiyəyə qarşı ərazi iddiaları irəli sürülür:

- bəyannamədə artıq mövcud olmayan qondarma "dağlıq qarabağ şurasının" 1989-cu ildə qəbul etdiyi qondarma "birləşmə" - "miatsum" qərarına istinad olunur;

- bəyannamənin 11-ci bəndində qeyd olunur: "Ermənistan respublikası 1915-ci ildə Osmanlı Türkiyəsi və Qərbi Ermənistanda (qondarma) erməni soyqırımınının beynəlxalq səviyyədə tanınmasını dəstəkləyir".

Azərbaycan Qarabağ üzərində suverenliyini təmin edib. Bu reallıq fonunda Ermənistanın mövcud konstitusiyasının saxlanılması Azərbaycana qarşı ərazi iddiasının davam etdirilməsi deməkdir və Bakı ilə münasibətlərin qurulması prinsipinə ziddiyyət təşkil edir. Rəsmi İrəvan sülh sazişi imzalamaq (bu sazişi nə qədər öz maraqları çərçivəsində qəbul etdirməyə çalışsa da), regional kommunikasiyaların açılmasına nail olmaq və Ermənistanı "dalandan" çıxarmaq niyyətindədir. Bunun üçün Bakı və Ankara ilə normallaşma vacib şərtdir. Və qondarma "artsax" ideyasının, eləcə də qondarma "soyqırım" iddialarının rəsmi səviyyədə saxlanılması fonunda Azərbaycan və Türkiyə ilə normallaşma mümkün deyil. Paşinyanın yeni konstitusiya istəyi bu reallığa uyğunlaşmaq məqsədi daşıyır. Yeni konstitusiya qəbul ediləcəyi təqdirdə Ermənistanın gerbinin də dəyişdirilməsi aktuallaşacaq. Çünki gerbdə əksini tapan simvollar Türkiyəyə qarşı ərazi iddialarını əks etdirir.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Çin Ukraynaya görə Moskvaya təzyiq edir: dünya savaşı qorxusu
Trampın andiçməsində bayraqlar yarıya qədər endiriləcək -Ağ Ev niyə bu qərarı verdi?
Rusiya və Ukrayna hərbi əsirləri dəyişdi

Yaponiyada mavi üzgəcli tuna balığı 1,3 milyon dollara satılıb

18+

Moskva metrosunda bıçaqlanma - VİDEO
Rusiya Ukrayna tankını vurdu
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Quduzluq peyvəndi olmadan sağ qalan qadının hekayəsitibb dünyasını təəccübləndirib
Paytaxtda DƏHŞƏT -Hamilə sevgilisini qarnından güllələdi, özü isə...