BirBank istifadəçilərinin sayı 400 000-i keçdiOxu24.com xəbər verir ki, onlayn əməliyyatlara və yeni texnologiyalara üstünlük verən 400 000 nəfərdən artıq istifadəçi,
Kapital Bank-ın
BirBank tətbiqini App Store və Play Store-dan yükləyib. Hal-hazırda iOS və Android əməliyyat sistemləri BirBank-ı
yüklənmə sayı, istifadə dərəcəsi və istifadəçi rəyləri əsasında maliyyə sektorunun ən yaxşı tətbiqi olduğunu bildirərək,
müştərilərə tövsiyə edir.
2018-ci ilin əvvəlində istifadəyə verilən tətbiq üçün bu göstəricilər olduqca yüksək hesab olunur. Həmçinin tətbiq
vasitəsilə Azərbaycanda ilk dəfə olaraq QR Pay ödəniş sistemində ödənişlər həyata keçirmək mümkündür. QR Pay
vasitəsilə BirBank istifadəçiləri mağazalarda kart olmadan ödəniş edə bilirlər. Bunun üçün kassalarda olan xüsusi
posterdəki QR şifrəni, smartfonun kamerası ilə skan etmək lazımdır.{banner_reklam1}
İstifadəçilər 1 dəqiqə vaxt sərf edərək, istənilən ödəniş kartı ilə onlayn qeydiyyatdan keçməklə xidmətdən yararlana
bilərlər. Tətbiqin bir sıra üstünlükləri vardır: rahat qeydiyyat, tətbiqə yalnız Kapital Bank-ın ödəniş kartlarını deyil,
digər bankların kartlarını da əlavə etmək imkanı, əməliyyatlara və hesaba bağlı bonuslarını idarə edilməsi və s.
Bundan əlavə, BirBank-ın telefon kitabçasında olan, tətbiqi yükləyən digər istifadəçiyə pul göndərmək və ya ondan
pul qəbul etmək kimi funksiyaları da mövcuddur. Yeni tətbiqdə Kapital Bank-ın yaxınlıqda olan filial və ATM-lərini
tapmaq, kredit və ya zəng sifarişi və valyuta məzənnələrini izləmək mümkündür.
Azərbaycanda ən böyük filial şəbəkəsinə malik olan Kapital Bank, 98 filialı və 13 şöbəsi ilə müştərilərin
xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün
www.kapitalbank.az saytına, 196
Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.
Oxu24.com
ŞƏRHLƏR