Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
101370
az

Zənginlik və yoxsulluq insan taleyinə necə təsir edir?

20:5220 Yanvar, 2024
174
CƏMİYYƏT
  • A

Kanadalı fizioloqlar zənginlik və kasıblığın insan taleyinə təsirini araşdırıb. Onlar 103 könüllünün həyatını təhlil edib.

OXU24.COM  xəbər verir ki, alimlər uşağın ailədə göz açmasından sonrakı ilk 5 ildə maddi rifahın sonrakı taleyini müəyyən etdiyini sübut edib.

Hələ uşaqlıqda insanın taleyinə bir çox faktorlar təsir edir. Massaçusets İnstitutu və Harvard Universitetinin neyrobioloqlarının qənaətinə görə, zəngin, imkanlı ailələrdəki uşaqların beyninin kök və gicgah hissələri daha qalın olur.

Kasıb ailələrin uşaqlarında SLC6A genində dəyişiklik xarakterikdir. Bu gen serotoninin beyinə yayılmasını təmin edir. Bu uşaqlarda depressiya və digər psixi pozuntular riski daha yüksəkdir. Ümumiyyətlə, kasib ailələrdə böyüyən uşaqlarda orqanizmdə stress hormonu kortizolun miqdarı çox olur. Bu hormon insanda qorxaqlıq, çəkingənlik, ehtiyat, tələsməmək hissini artırır. Kasıb uşaqlar riskə az meyillidir, karyerada irəliləməyə çəkinir.

Eləcə də ABŞ-da zəngin insanların kasıblardan 10 il daha çox yaşadığı da sübut olunub. Kasıblar daha çox ürək tutması, ürək-qan damar xəstəliklərindən vəfat edir.

Bundan əlavə, süd vəzi xərçəngi, prostat, qan xərçəngindən də kasıb ailələrdə böyüyənlər əziyyət çəkir.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Lətif Cəfərov vəfat etdi
Azərbaycanda həkim vəfat etdi
Merkel Makron üçün darıxdığını ETİRAF ETDİ -Bu keyfiyyətlərini sevir

Dənizin dibindən keçən avtomobil yolu - FOTO

18+

Tələbələri porno videolara çəkən şəxs tutulub
Ev belə partladı - VİDEO
Satışda zəhərli uşaq paltarları aşkarlandı— Bu işdə “Azərenerji” rəhbərinin oğlunun da adı hallanır
Son 37 ildə qeydiyyata düşən İİV xəstələrinin    sayı      açıqlandı
Ramiz Mehdiyevin kürəkəninin iddiası     rədd       olundu