Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
101327
az

İngiltərədə İranın İraq və Pakistana hücumlarının səbəbi açıqlanıb

10:4020 Yanvar, 2024
212
DÜNYA
  • A

İranın Pakistan və İraq ərazilərinə son zərbələri ABŞ və İsrailə Tehranla "qarışmamaq" və İsrailin Qəzza zolağındakı əməliyyatını dayandırmaq üçün bir siqnaldır.

 

Oxu24.com  xəbər  verir  ki,bu barədə Britaniyanın “Financial Times” qəzeti adı açıqlanmayan iranlı məmura istinadən yazır.

 

“Pakistan və Ərbilin cəlb edilməsi birbaşa israillilərə və amerikalılara mesaj göndərir və bu mesaj belədir: “İranla qarışmayın və Qəzzada müharibəni bitirin... İran İsrail və ABŞ ilə birbaşa müharibə istəmir. Amma biz istəyirik ki, amerikalılar bizi görüb hiss etsinlər”, - deyə rəsmi bildirib.

Onun sözlərinə görə, İranın strategiyası risksiz deyil, lakin Tehrandakı sərt xətt tərəfdarları zərərin idarə oluna biləcəyinə inanırlar.

 

Yanvarın 16-da İran Bəlucistan əyalətindəki Ceyş əl-Ədl qruplaşmasının bazasına ballistik raket və pilotsuz təyyarə ilə hücum edib. Bu, İranın Pakistan ərazisinə ilk raket hücumu idi. Yanvarın 18-də Pakistan İrandakı “anti-Pakistan qruplarına” cavab zərbələri endirib.

 

İraq Xarici İşlər Nazirliyi də öz növbəsində İranın bu ölkədəki hədəflərə raket hücumlarından sonra Tehrandakı səfiri Nasir Əbdül Möhsünü məsləhətləşmələr üçün geri çağırıb.

 

Bundan əvvəl İraqın baş naziri ABŞ qüvvələrinin ölkədən dərhal çıxarılmasını tələb edib.

 

Müəllif:Afət

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Bayden beş nəfəri əfv etdi
HƏMAS üç girovu BQXK nümayəndələrinə təhvil verdi
Bu, Avropanın sonunu gətirəcək - Mask

4 qulaqlı pişik görənləri MAT QOYDU - FOTOlar

18+

İntim əlaqədə olduğu oğlanı öldürdü - MƏHKƏMƏ
DİN İmişlidəki qəzanın görüntülərini yaydı- Video
Şəhid oğlunun ev şikayəti ilə bağlı- Gəncə RİH-dən açıqlama
Meymunçiçəyindən özümüzü necə qoruyaq? - QAYDASI +ƏLAMƏTLƏRİ
88 yaşlı kişini maşın vurub öldürdü