Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
101311
az

İnsanlar və heyvanlar soyuqdan dondu - ŞOK FOTOLAR

21:2119 Yanvar, 2024
413
REDAKTORUN SEÇİMİ
  • A

Yanvarın 12-dən bəri ABŞ-da qar fırtınası və qütb soyuqluğu səbəbindən həyatını itirənlərin sayı 43-ə yüksəlib. Aramsız qar yağması və soyuq hava səbəbiylə hər saniyə donma riskinin artdığı ABŞ-da yüzlərlə aviareys təxirə salınıb, minlərlə ev və iş yeri işıqsız qalıb.

Oxu24.com xarici mediaya istinadən  xəbər  verir  ki,Yanvarın 12-dən bəri davam edən qar yağışı və ölkənin müxtəlif bölgələrində 6 ştatı təsir edən soyuq hava səbəbindən Tennessi, Nyu-York, Arkanzas, Kanzas, Oreqon və Missisipi ştatlarında ölənlərin sayının 43-ə yüksəldiyi bildirilib.

 

Səhiyyə İdarəsi və yerli səlahiyyətlilər tərəfindən Tennessi ştatında cəmi 7 nəfərin öldüyü bildirilərkən, digər 5 ştatda isə 14 nəfərin öldüyü açıqlanıb.

Meteoroloji xidmətlər, Nyu-Yorkun Kanada ilə sərhədindəki Buffalo şəhərinin ətrafına 75 santimetrdən çox qar yağdığını, avtomobillə gediş-gəlişi demək olar ki, qeyri-mümkün etdiyini və qarla qarışan küləyin sürətinin bəzi yerlərdə saatda 65 kilometrə çatacağını bildirdi.

 

Cümə gününə qədər ölkənin mərkəzi bölgələrində soyuq havanın yenidən təhlükəli həddə çatacağı və donma riskinin artacağı bildirilir. Uçuş trafikini izləyən FlightAware internet saytının məlumatına görə, ABŞ-da günlərdir yüzlərlə reys təxirə salınıb, minlərlə reys isə gecikib.

 

Müəllif: Nigar

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Emin Ağalarovun şirkəti işçi axtarır - MAAŞ 900-1200 MANAT 
Bakıda yanğın: Ölən var
Kəlbəcərdə ağır qəza: Ölən var

Ən zərərli tərəvəzin adı açıqlandı

18+

Bakıda ŞOK İNTİHAR: tənha kişi küçədə özünü asdı
Evində ölü tapılan müğənni ilə bağlı AÇIQLAMA +VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Ürəyi 20 il cavanlaşdıran qidaların SİYAHISI AÇIQLANDI
Vəkil oğrunu doğru çıxarmağa çalışdı, özünü istintaqa cəlb etdilər – MƏHKƏMƏ İŞİ