Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
101310
az

Borrell İsrailin HƏMAS-ı maliyyələşdirdiyini iddia edir

21:1519 Yanvar, 2024
189
DÜNYA
  • A

İsrail Dövləti Fələstin Muxtariyyətini zəiflətmək üçün Fələstinin HƏMAS silahlı qruplaşmasının yaradılmasını maliyyələşdirib.

 

Oxu24.com xəbər  verir  ki,“Times of Israel”-a istinadən  xəbər verir ki, bunu Avropa İttifaqının xarici siyasət departamentinin rəhbəri Xosep Borrell deyib.

 

Borrell Valyadolid Universitetindəki çıxışında belə maliyyələşdirmənin təfərrüatlarını açıqlamayıb: “HƏMAS FƏTH-in rəhbərlik etdiyi Fələstin Muxtariyyətini zəiflətmək məqsədilə İsrail hökuməti tərəfindən maliyyələşdirilib”.

Nəşr qeyd edir ki, İsrailin baş naziri Benyamin Netanyahu siyasi rəqiblərinin və bəzi KİV-lərin hökumətinin uzun illərdir Qəzza zolağında Həmas-a fəal dəstək verməsi ilə bağlı ittihamlarını rədd edib.

Bundan əvvəl Fələstinin baş naziri Məhəmməd Ştayye demişdi ki, İsrailin baş naziri Benyamin Netanyahu Fələstin-İsrail münaqişəsinin sülh yolu ilə həllinə imkan verməyəcək.

Bundan əvvəl Netanyahu HƏMAS-la münaqişədə minimum hədəfin adını çəkmişdi.

 

Müəllif:Nigar

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Güclü zəlzələ Türkiyəni SİLKƏLƏDİ
Tramp qılıncla səhnədə rəqs etdi -VİDEO
Arvadını sevindirmək üçün 4 minlik BUKET OĞURLADI