ABŞ Maliyyə Nazirliyi Liberiya bayraqları altında Rusiya neftini daşıyan 17 tankerə qarşı sanksiya tətbiq edib.
Oxu24.com xəbər verir ki,bu barədə ABŞ Maliyyə Nazirliyinin Xarici Aktivlərə Nəzarət İdarəsinin (OFAC) press-relizində deyilir.
Gəmilərə sahib olan BƏƏ gəmiçilik şirkəti Hennesea Holdings də məhdudiyyətlərə məruz qalıb.
OFAC-ın məlumatına görə, söhbət Aristo, HAI II, HS Arge və digər tankerlərdən gedir.
Qeyd olunur ki, sanksiyalar Rusiya neftinin 60 dollar/barel qiymət həddini pozanlara qarşı daha sərt tədbirlərin tərkib hissəsidir.
Hindistanın neft naziri daha əvvəl bildirmişdi ki, Rusiya tankerləri Hindistan limanlarında neftin boşaldılmasında çətinlik çəkirlər.
Onun sözlərinə görə, xüsusilə, Saxalin-1 layihəsindən Sokol neftinin tədarükü ilə bağlı problemlər yaranıb.
Sanksiyalara görə hazırda Saxalin nefti daşıyan 10-a yaxın tanker boşaldılması üçün icazə gözləyən dənizdə boş dayanmağa məcburdur. Belə ki, ABŞ Rusiya neftinin ixracına qoyulan məhdudiyyətlərə əməl olunmasına nəzarəti gücləndirir və onun daşınmasında iştirak edən şirkətlərə qarşı sanksiyaları genişləndirir.
Bundan əvvəl iqtisadçı türk banklarının Rusiya ilə işləməkdən imtinasının nəticələrini dəyərləndirib.
Müəllif:Afət
Oxu24.com
ŞƏRHLƏR