Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
10124
az

Pulu saymağa 4 işçi ayrılıbmış... -Azərbaycanda ŞOK cinayət

16:0120 Fevral, 2019
824
  • A
 

Bakı Ağır Cinayətlər Məhkəməsində cinayət yolu ilə əldə edilmiş 5,5 milyard manat pulu leqallaşdırmaqda təqsirləndirilən Malik Əliyev və Rüfət Vəliyevin məhkəməsi keçirilib.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, hakim Azad Məcidovun icraatında olan prosesdə şahidlər dindirilib.

"Röyalbank"ın keçmiş əməkdaşı Vidadi Əliyev deyib ki, 2013-ci ildə M.Əliyevlə tanış olub: “Malik mənə iş təklif etdi, razılaşdım. Sonra məni Rüfət müəllimlə tanış etdi. Bizə “AGbank”ın Xətai filialının 2-ci mərtbəsində ayrıca otaq ayrıldı. Bankda qeyri-rəsmi olaraq kassir kimi işlədim. Pulları Rüfət müəllim gətirirdi, otaqda bankın rəsmi işçiləri Kamil, Nurlana və Ramirə ilə sayırdıq. Otağın açarı məndə olurdu, sənədləşmə işlərinə mən baxmamışam. Amma pulların əsil sahibinin kim olduğunu bilmirəm. Kassir kimi Rüfət Vəliyevdən nağd formada 800 manat maaş alırdım".

{banner_reklam}

Proses fevralın 27-də davam etdiriləcək.

İttihama görə, M.Əliyev “Privion Group” MMC vasitəsilə 2014-cü ilin fevral ayından 2015-ci ilin oktyabr ayına kimi 839 milyon manat, “İmpeks+” MMC vasitəsilə 2013-cü ilin noyabr ayından 2015-ci ilin oktyabr ayına kimi 778 milyon manat, “Blast” MMC vasitəsilə həmin müddət ərzində 510 milyon manat, “Qalaksi A” MMC vasitəsilə 115 milyon manat, “Asin Co. LTD” vasitəsilə 79 milyon manat, “Primo A” MMC vasitəsilə 213,5 milyon manat, “İTEK” MMC vasitəsilə 129 milyon manat pulu müxtəlif xarici valyutalara konversiya edərək xarici ölkələrdə yaradılan şirkətlərin bank hesablarına köçürüb. Digər təqsirləndirilən Rüfət Vəliyev də oxşar əməllərlə cinayət yolu ilə əldə edilmiş 3 milyard manat pulu leqallaşdırıb. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Şəmkirdə müğənni qəzaya düşdü, oğlu öldü
17 yaşlı qız faciəvi şəkildə öldü
17 yaşlı qız faciəvi şəkildə öldü

Günəşdə ən yüksək dərəcəli daha bir partlayış baş verdi

18+

Məktəbli qızın telefonuna əxlaqsız video göndərən kişi axtarılır
Evində ölü tapılan müğənni ilə bağlı AÇIQLAMA +VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Əməköməcinin Bilmədiyiniz İNANILMAZ FAYDASI
Şəmkirdə müğənni qəzaya düşdü, oğlu öldü