Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
101224
az

SON DƏQİQƏ! Pakistan qırıcıları İran ərazisinə girdi

09:4118 Yanvar, 2024
697
  • A

Pakistan Hərbi Hava Qüvvələri İrandakı “anti-Pakistan qruplaşmalarına” raket zərbələri endirərkən respublikanın hava məkanına daxil olub.

 

Oxu24.com xəbər  verir  ki,Bu barədə “Reuters” Pakistan kəşfiyyatındakı mənbəyə istinadən məlumat yayıb.

 

Agentliyin həmsöhbətinin sözlərinə görə, Pakistan təyyarələri hücumlardan sonra İran hava məkanını tərk edib. Əməliyyatda neçə döyüşçünün iştirak etdiyi açıqlanmır.

 

Yanvarın 18-nə keçən gecə Pakistan İranın cənub-şərqində, Pakistanla sərhəddə yerləşən Seravan bölgəsində “anti-Pakistan qrupları”na zərbələr endirib.

Bu, yanvarın 16-da İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Bəlucistan əyalətindəki “Ceyş əl-Ədl” terror qruplaşmasının bazasına ballistik raket və pilotsuz uçuş aparatları ilə hücuma keçməsinə cavab idi. Bu, İranın Pakistan ərazisinə ilk raket hücumu idi.

İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan deyib ki, İran ordusu “Pakistan ərazisində iranlı terrorçuları” hədəfə alıb.

Pakistan Xarici İşlər Nazirliyi İranın ölkə ərazisinə endirdiyi zərbələri kəskin şəkildə pisləyib. Hadisədən sonra Pakistan tərəfi öz səfirini İrandan geri çağırıb.

Bundan əvvəl ABŞ İranı husilərin Qırmızı dənizdə ticarət gəmilərinə hücumlar hazırlamaqda ittiham edib.

 

Müəllif: Miri

 

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Rafiq Əliyevin qaynı oğlu Rusiyada qətlə yetirilib
Səhiyyə Nazirliyindən yeni yayılan virusla bağlı- Açıqlama
Düşmən Laçını      atəşə     tutdu

Yaponiyada mavi üzgəcli tuna balığı 1,3 milyon dollara satılıb

18+

Moskva metrosunda bıçaqlanma - VİDEO
Rusiya Ukrayna tankını vurdu
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Səhiyyə Nazirliyindən yeni yayılan virusla bağlı- Açıqlama
Ərinin ölümünə görə tutulan qadın tanınmış həkimin qızı imiş- “15 ildir görmürəm”