İranın Sistan və Bəlucistan əyalətlərinin Seravan dairəsi yaxınlığında baş verən partlayışlar nəticəsində 7 nəfər həlak olub.
“Report” xəbər verir ki, bu barədə “Fars” agentliyi əyalət qubernatorunun müavininə istinadən məlumat yayıb.
Sistan və Bəlucistan qubernatorunun təhlükəsizlik üzrə müavininin sözlərinə görə, partlayış nəticəsində 3 qadın və 4 uşaq həlak olub.
Bundan əvvəl Pakistanla sərhəddə yerləşən Seravan dairəsi, Sistan və Bəlucistan əyalətlərinin bir sıra ərazilərində partlayışlar baş verdiyi barədə məlumat yayılıb. Daha sonra Pakistan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti İran ərazisinə endirilən zərbələri təsdiqləyərək, onların məqsədinin terrorçuların sığınacaqları olduğunu bildirib.
Oxu24.com
ŞƏRHLƏR