Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
101192
az

Şahzadə əməliyyat olundu

19:2317 Yanvar, 2024
111
DÜNYA
  • A

Uels şahzadəsi Keyt Middlton Londondakı özəl klinikalardan birində planlı qarın əməliyyatı keçirib.

 

Oxu24.com xəbər  verir  ki,bu barədə BBC Kensinqton Sarayına istinadən məlumat yayıb.

 

Əməliyyat uğurlu keçdi, şahzadə ən azı 10 gün xəstəxanada qalacaq.

 

Saraydan həmçinin bildirilib ki, şahzadə qarşıdakı görüşləri təxirə saldığı üçün üzr istəyir.

 

Bəyanatda vurğulanır ki, tibbi şərtlərə əsasən, Pasxa bayramından əvvəl ictimai işlərə qayıtmaq ehtimalı azdır.

 

Yanvarın 14-də Danimarka kraliçası II Marqretanın taxtdan imtina etdiyi barədə məlumat yayılıb. Bazar günü o, monarxın vəzifələrini oğlu Frederikə təhvil verərək, taxtdan imtina bəyannaməsini imzaladı. II Yelizavetanın gedişindən sonra dünyanın yeganə hökmdar kraliçası və taxtda ən uzun müddət qalma rekordçusu olan 83 yaşlı danimarkalı qadın taxtdan getmək istədiyini 2023-cü il dekabrın 31-də açıqlayıb.

 

Müəllif:Afət

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Avropalı siyasətçilər Gürcüstanı BELƏ QARIŞDIRIR
Tbilisidə etiraz aksiyası zamanı 13 nəfər HƏBS EDİLDİ
Priqojinin məzarını betonladılar - FOTO/VİDEO

Dünyanın ən kök oğlanı belə çəki itirdi - Foto

18+

Sumqayıtda avtomobil qızı küçədə vurub öldürdü (18+VİDEO)
Raket binaya belə düşdü - DƏHŞƏTLİ VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
SON DƏQİQƏ! Meyiti 70 gündən sonra basdırıldığı yerdən tapıldı