Slovakiya parlamentinin deputatları qanunvericiliyə ölkənin Müdafiə Nazirliyinə silah ixracı və tədarükünü təsdiq etməyə icazə verən dəyişikliyi dəstəkləyiblər.
Oxu24.com xəbər verir ki,“Politico” qəzetinin yazdığına görə, bu, özəl və dövlət müdafiə müəssisələrinin Kiyevi silahla təmin etmək imkanı açacaq.
Nəşrin yazdığına görə, hazırda Slovakiyada hakim olan “Smer” partiyasının və onun lideri Robert Fikonun arxasında silahlarının Ukraynaya ixracından faydalanan oliqarxlar dayanır.
Slovakiya Müdafiə Nazirliyinin keçmiş rəhbəri Yaroslav Naqinin sözlərinə görə, əvvəllər Fikonun Kiyevə silah satışını qadağan etmək üçün gördüyü tədbirlər populist xarakter daşıyırdı və indi Slovakiya hakimiyyəti artıq seçki vədlərini yerinə yetirmək barədə düşünmür.
Dekabrın 22-də Robert Fiko bəyan etdi ki, “dünyadakı bütün silahları, bütün pulları ona töksək” belə, Ukrayna Rusiya ilə münaqişədə qalib gələ bilməyəcək.
Müəllif:Afət
Oxu24.com
ŞƏRHLƏR