Vəkilliyə test üsulu ilə qəbulun 2004-cü ildən başladığını nəzərə alaraq qeyd olunmalıdır ki, 2004-2018-ci il aralığında (14 il ərzində) 5 yazılı test imtahanı, son 6 il içində isə 12 yazılı test imtahanı keçirilib və vəkillərin sayı 3 dəfəyədək artıb.
Oxu24.com xəbər verir ki, 2023-cü ildə Vəkillərin İxtisas Komissiyası tərəfindən imtahanın şifahi mərhələsi üzrə 33 iclas, vəkilliyə qəbulla bağlı isə 2 yazılı test imtahanı keçirilib. 25.05.2023 və 05.11.2023-cü il tarixlərdə keçirilən ixtisas imtahanlarının yazılı test mərhələlərində ümumilikdə 601 namizəd iştirak edib və 206 nəfər müvəffəqiyyət qazanıb. Eyni zamanda, hesabat ili ərzində 338 nəfər şifahi müsahibədə iştirak edib, 271 nəfər növbəti mərhələyə keçib. Hesabat ili ərzində 252 nəfər isə vəkil andı içib. Yekunda, vəkillərin sayı artaraq 2431-ə çatıb.
05.11.2023-cü il tarixdə keçirilən imtahanda müvəffəqiyyət qazanmış 68 namizədlə isə hazırda şifahi müsahibə davam edir.
Hazırda ölkəmizdə fəaliyyət göstərən 2431 vəkildən 1995 nəfəri kişi, 436 nəfəri qadındır. Həmin şəxslərdən 1976 nəfəri Bakıda, 455 nəfəri isə regionlarda fəaliyyət göstərir.
Ən yaşlı vəkil – Səttarova Türrə Əhəd qızı – 13.07.1936 – 87 yaş
Ən gənc vəkil – Məmmədova Nuranə Asif qızı – 22.08.1999 – 24 yaş
Eyni zamanda, ötən 6 ildə ölkəmizdə VB-lərin sayı da təxminən 4 dəfə artaraq 135-ə çatıb.
Miri
Oxu24.com
ŞƏRHLƏR