Müharibə tərəfdarı olan Z-kanal Fightbomber-in iddiasına görə, bazar günü vurulan A50 casus təyyarəsində azı 10 rusiyalı pilot həlak olub.
Oxu24.com xəbər verir ki, dəyəri 500 milyon dollar olan radar təyyarəsi 11 və ya 12 hərbçi ilə birlikdə məhv edilib.
Fightbomber-ə görə,Üç Rusiya təyyarəsi Azov dənizi üzərində hücuma məruz qalıb.
Rusiya Müdafiə Nazirliyi hadisə ilə bağlı şərh verməyib.
Kreml həmçinin məlumat çatışmazlığını əsas gətirərək İl-22 və A50 radar təyyarələrinin vurulması ilə bağlı şərh verməkdən imtina edib.
Ukrayna Silahlı Qüvvələrinin Ali Baş Komandanı Valeri Zalujnı bir gün əvvəl Ukrayna Hərbi Hava Qüvvələrinə İl-22 hava-desant komanda məntəqəsini və uzaq mənzilli A-50-ni məhv etmək üçün “mükəmməl planlaşdırılmış və icra edilən əməliyyata görə” minnətdarlığını bildirib.
Müəllif: Miri
Oxu24.com
ŞƏRHLƏR