Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
10111
az

Bakıda qardaş bacının qanını tökdü

09:2220 Fevral, 2019
571
KRİMİNAL
  • A
 
Gecə saatlarında paytaxtın Xətai rayonunda bıçaqlanma hadisəsi baş verib.

Oxu.Az-ın xəbərinə görə, 1987-ci il təvəllüdlü Nağıyeva Xatirə Xeyrulla qızı yaşadığı ünvanda qardaşı Nağıyev Orxan Xeyrulla oğlu tərəfindən bıçaqlanıb.

Yaralı üç bıçaq zərbəsi alıb. X.Nağıyeva Sabunçu rayon 3 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılıb.

Ona sol bud nahiyəsinin kəsilmiş-deşilmiş yarası diaqnozu qoyulub. Vəziyyəti qənaətbəxşdir.

O.Nağıyevin yaxınlarının dediyinə görə o, son bir həftədir səhhətində ciddi problemlər yaşayıb.

Qarabasmalar, qorxu, fərqli davranışlar görsələr də, onunla bağlı aidiyyəti orqana müraciət olunmayıb.

Faktla bağlı Xətai rayon 35-ci polis bölməsində araşdırma aparılır.

Daha bir bıçaqlanma hadisəsi Ramana qəsəbəsi, Zərdabi küçəsində qeydə alınıb.

1970-ci il təvəllüdlü Hüseynov İlham Şahəddin oğlu naməlum şəxs və şəxslər tərəfindən bıçaqlanıb.

İ.Hüseynov Sabunçu rayon 3 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılıb.

Ona kürəyin kəsilmiş-deşilmiş yarası diaqnozu qoyulub. Hazırda vəziyyəti qənaətbəxşdir.

Faktla bağlı araşdırma aparılır.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Şəmkirdə müğənni qəzaya düşdü, oğlu öldü
17 yaşlı qız faciəvi şəkildə öldü
17 yaşlı qız faciəvi şəkildə öldü

Günəşdə ən yüksək dərəcəli daha bir partlayış baş verdi

18+

Məktəbli qızın telefonuna əxlaqsız video göndərən kişi axtarılır
Evində ölü tapılan müğənni ilə bağlı AÇIQLAMA +VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Əməköməcinin Bilmədiyiniz İNANILMAZ FAYDASI
Şəmkirdə müğənni qəzaya düşdü, oğlu öldü