Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
101109
az

Üzərliyi Suya Töküb Qaynadın - NƏTİCƏ İNANILMAZDIR

15:5416 Yanvar, 2024
168
REDAKTORUN SEÇİMİ
  • A

“Üstümdə nəfs var”, “Gözə gəlmişəm” deyənlər, arıqlamaq istəyib də, bunu bacarmayanlar,  ağrılarla gün keçirənlər üçün bu bitki sözün əsl mənasında can dərmanıdır. O xalq təbabətində əsrlərdir şəfa vasitəsi kimi istifadə olunur. Siz də təbiətin sehirli gücünə inanırsınızsa, bu videoya sonadək baxın. Çünki daha bir təbiət möcüzəsindən danışacağam.  
Adətən, onun mistik gücünə olan inancları hələ uşaq yaşlarımızdan eşitməyə başlayırıq. Və bu, dünyanın bütün mədəniyyətlərində var. Ölkəmizdə də geniş yayılmış üzərliyin mənşəyi Afrika və Asiyadır.  Evdəki mənfi enerjini yox etmək və bitki çayı kimi dəmləmək üçün üzərlikdən çox istifadə edilir.  “Bədnəzər otu” adı almasının səbəbi isə yenə mistik gücünə olan inanclara dayanır. 
Üzərlik toxumunda harmalin, harmalol, harmil və peqanin maddələri var. Toxumun tərkibində qırmızı boya maddəsi də mövcuddur. Qədim Misirdə üzərlik buxardanlıqda yandırmaq üçün  istifadə edilirdi. İnanılırdı ki, yandırıldığı məkandakı neqativ enerjini yox edir, qoxusunu alanlara sağlamlıq və uğur bəxş edir.  Dinimizdə üzərliklə bağlı hədislər də var. Həmin hədislərdən birində deyilir: “Dərman kimi istifadə edilən bu toxumun adı Peyğəmbərimizin hədislərində keçir. Adı üzərlik otudur.” 
Üzərliyin faydaları bunlardır: 
Yuxarı tənəffüs sistemində nəfəs tıxanıqlığını aradan qaldırır. O, buna qoxusu ilə nail olur. Bəli, üzərliyin qoxusu nəfəs darlığını azaldır, burundakı tıxanıqlığı yox edir. Yandırılmış üzərliyi otaqda gəzdirdikdə, məkandakı hava axını sürətlənir. 
Bağırsaq mikroflorasını nizamlayır. Üzərlik çayının faydaları arasında ən önəmlisi məhz budur.  Mikrofloradakı zədələnmənin tədricən aradan qalxmasına stimul verən üzərlik çayının həzm sisteminə müsbət təsiri böyükdür. Orqanizmi qidalanma ilə daxil olan bakteriyalardan təmizləyir, metabolizmanı sürətləndirir. 
Zehni inkişafı dəstəkləyir. Tərkibindəki minerallar sayəsində sinir sistemindəki hüceyrələrin sağlamlığını qoruyur. Diqqət dağınıqlığını aradan qaldırır, qavrama  ilə əlaqədar problem varsa,  həll edir. Sinir sisteminin işini nizamlayaraq yuxu rejimini normallaşdırır. Həm çayı, həm də tüstüsü ilə insanın şəxsi inkişafına müsbət istiqamətdə təsir edir.  İnsanların üzərindəki nəfsi götürdüyünə görə,  ruhi sağlamlığı da qorumaq gücünə malikdir. 
İnfeksiyanı və iltihabı yox edir. Mövsüm dəyişikliyi zamanı ən böyük problem qrip və soyuqdəymə olur. Boğaz infeksiyaları baş verərsə, üzərlik  çayı iltihabazaldıcı kimi çıxış edir. Sidik yolu infeksiyalarının azalması, tədricən yox olması da üzərliyin hünərləri sırasındadır. 
Ağrıkəsicidir. Üzərlik toxumu çayı güclü ağrıkəsici kimi də populyardır. Səs-küylü şəraitdə işləyən və daimi baş ağrılarından şikayət edən insanlara üzərlik çayı tövsiyə edilməsinin səbəbi budur. Qoxusu və tərkibi ilə antioksidant təsirə malik olan  üzərliyə sümük ağrılarını kəsmək üçün də üz tuta bilərsiniz. Aromaterapiyada bitkinin tüstüsündən çox faydalanırlar. Onun qoxusunun ruhu təmizlədiyi aromaterapiya mütəxəssisləri tərəfindən xüsusi vurğulanır. 
Üzərlik, adətən, çay kimi dəmlənərək istifadə edilir. Arıqlamaq  məqsədilə də, bitki mənşəli müalicədən yararlanmaq üçün də tez-tez üzərliyə üz tutulur. Hansı məqsədlə istifadə edilməsindən asılı olaraq, bəzi nüanslara diqqət yetirmək gərəklidir. Əgər orqanizminiz zəifdirsə, üzərliyə qarşı allergiyanız ola bilər. Buna görə də, ilkin istifadə zamanı ehtiyatlı olmalısınız. Düzdür, üzərliyin adına “allergik bitkilər” siyahısında rast gəlinmir, amma unutmaq olmaz ki, bitki mənşəli allergiyalar individualdır. 
İndi isə üzərliyin istifadə metodlarına baxaq: 
Üzərlik çayı.  Gün ərzində 1 stəkan  üzərlik çayı içməklə bitkinin faydalarından yararlana bilərsiniz.  Və çalışın ki, hər gün təzə-təzə dəmləyəsiniz.  Lakin xroniki xəstəlikləri olanlar, allergik həssaslığa malik olanlar, hamilə və süd verən qadınlar üzərlik çayı içməyi həkimləri ilə müzakirə etməlidirlər. 
Bədnəzərə qarşı istifadəsi. Dərin  metal kasa, yaxud ləyən götürün. Oraya üzərlik atın, yandırın.  Ot yanmağa başlayanda qabı əlinizə götürün və bütün otaqlarda gəzdirin. İnanca görə, evdəki neqativ enerji təmizlənəcək. Əgər üzərinizdə cadu olduğuna inanırsınızsa, yanan üzərliyi ətrafınızda dolandırın. 
Üzərliyin yandırılması prosesi bu cürdür: 
-Qurudulmuş üzərlik götürün; 
-Otu metal qaba qoyun; 
-Kibrit, yaxud alışqan ilə alışdırın;
-İnanca görə, üzərinə bir çimdik duz da ata bilərsiniz; 
-Yanan otu evinizin hər yerində, həyətinizdə belə, gəzdirin;
Üzərlik çayının hazırlanması bu cürdür: 
-200 ml isti su götürün; 
-1 çay qaşığı üzərlik toxumunu bu suya əlavə edin; 
-Ağzını qapayıb 5 dəqiqə gözləyin; 
-Hazır çayı cuna ilə süzüb için;

 

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

3 gün ardıcıl qeyri-iş günü olacaq
Bakıya sulu qar yağacaq
Məşhur iş adamı niyə həbs edilib? - Ağac qalmaqalı

Misirdə qədim abidə tapılıb

18+

Köpəkbalığı qadına hücum etdi - VİDEO
Tural Sadıqlı və Məhəmməd Mirzəli haqda sensassion faktlar(VİDEO)
Satışda zəhərli uşaq paltarları aşkarlandı— Bu işdə “Azərenerji” rəhbərinin oğlunun da adı hallanır
Bu xəstəxanaya baş həkim təyin edildi- Foto
Məşhur futbolçu saxlanılıb