Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
101093
az

Yanvarın pensiya artımları nə vaxt ödəniləcək?

10:4416 Yanvar, 2024
377
CƏMİYYƏT
  • A

“Mövcud qanunvericiliyə əsasən, pensiyalar hər il yanvar ayında əvvəlki ildə orta aylıq əmək haqqında artım faizinə uyğun olaraq indeksasiya olunaraq artırılır. Hələlik dəqiq artım faizi bəlli olmasa da, artımlar məhz bu aydan hesablanır”.

 

Oxu24.com  xəbər verir ki, bu barədə deputat Vüqar Bayramov şərh verib.

 

“Dövlət Sosial Müdafiə Fondu 10.8 faiz artım proqnozlaşdırır, Dövlət Statistika Komitəsi isə dünən ötən ilin ilk 11 ayında nominal orta aylıq əmək haqqının 11.2 faiz artdığını bəyan edib.
 

Artımlar yanvar ayından hesablandığı üçün artımların nə zaman ödəniləcəyi ilə bağlı suallar ünvanlanmaqdadır”, - deputat bildirib.

V.Bayramov qeyd edib ki, 2023-ci ildə orta aylıq əmək haqqında artımla bağlı rəsmi statistika fevral ayının ilk 10 günündə bəlli olduğu üçün indeksasiya da məhz o zaman aparılacaq:

“Pensiya artımları yanvarın 1-dən hesablanır, amma artımlar fevral ayında ikisi birlikdə ödəniləcək. Deməli, pensiyaçılar artımları gələn aydan etibarən alacaqlar. Amma yanvar ayı üçün hesablanmış artım da fevral ayının pensiya məbləğinə əlavə olunacaq.

İndeksləşdirmə, yəni artımlar bütün növ əmək pensiyalarına şamil olunur. “Əmək pensiyaları haqqında” Qanunun 4-cü maddəsinə əsasən, əmək pensiyalarının 3 növü təsbit olunub. Bunlar yaşa görə əmək pensiyası, əlilliyə görə əmək pensiyası və ailə başçısını itirməyə görə əmək pensiyasıdır. Deməli, vətəndaşımız növündən asılı olmayaraq əmək pensiyası alırsa, onun pensiya məbləğinə artım hesablanacaq”.

 

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Ağadadaş Ağayev möhkəm döyülüb? -ŞOK İDDİA
Azərbaycan gömrüyündə bəyanetmə qaydaları dəyişdi
Abituriyentlər ən yüksək nəticələri hansı bölgələrdən göstəriblər?

WhatsApp-da artıq daxili tərcüməçi var

18+

Qadın çılpaq vəziyyətdə küçəyə çıxdı (18+VİDEO)
Səidin meyiti tapıldı- Video
Burun əməliyyatı keçirən qadının gözü çəpləşdi - FOTO
Yaddaş üçün ən faydalı qidaların adları açıqlanıb
Göyçayda çətənə kolu yetişdirən iki nəfər saxlanıldı