İsveç Xarici İşlər Nazirliyi 20 yaşlarında bir İsveç vətəndaşının bu ay İranda həbs edildiyini və hazırda həbsdə olduğunu açıqlayıb.
Oxu24.com xəbər verir ki,həmçinin İsrailə casusluqda ittiham olunan İsveç vətəndaşı və AB rəsmisi Yohan Flodros da iki ilə yaxındır İranda həbsdədir.
İran da öz növbəsində İsveçdən 1980-ci illərdə Tehranda kütləvi edamlarda iştirak etməkdə təqsirli bilinən və İsveç həbsxanasında ömürlük həbs cəzasına məhkum edilmiş Həmid Nurinin azad edilməsini tələb edir.
Müəllif:Afət
Oxu24.com
ŞƏRHLƏR