Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
101089
az

Tramp ABŞ-ın cənubdakı sərhədini “möhürləməyə” söz verdi

09:2116 Yanvar, 2024
145
DÜNYA
  • A

ABŞ-ın keçmiş prezidenti Donald Tramp bildirib ki, 2024-cü il seçkilərində qalib gəlsə, ölkənin cənub sərhədini “möhürləmək” niyyətindədir.

 

Oxu24.com  xəbər  verir  ki,bu barədə RİA Novosti məlumat yayıb.

 

Siyasətçi müvafiq bəyanatı Des Moinesdə tərəfdarları qarşısında çıxışı zamanı verib.

 

Tramp vurğulayıb ki, onun dövründə ABŞ-dan miqrantların deportasiya səviyyəsi Duayt Eyzenhauer administrasiyasının (1953-1961) səviyyəsinə çatacaq.

Tramp prezidentlik yarışındakı rəqibi, hazırkı ABŞ prezidenti Co Baydeni də tənqid edib. O, rəqibini ölkə tarixinin ən pis prezidenti adlandırıb.

Bununla bağlı Tramp ABŞ-ın siyasi qüvvələrini hamının şahidi olduğu “vəziyyəti düzəltmək, həmçinin problemləri həll etmək və dağıntıları aradan qaldırmaq üçün” birləşməyə dəvət edib.

Bir müddət əvvəl məlum olmuşdu ki, Ayova ştatında keçirilən ilkin seçkilərdə Respublikaçılar Partiyasından olan ilkin səsvermənin nəticələrinə görə, Tramp bütün digər namizədlər arasında liderdir. Siyasətçi bu səsvermənin nəticələri ilə fəxr etdiyini bildirib.

Tramp daha əvvəl özünü Al Kapone ilə müqayisə edib.

 

Müəllif: Nigar

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Daha bir ölkədə güclü zəlzələ oldu
Rusiya sərhədinə gedən yolda qadağa
Putin Vitali Savelyevə yeni vəzifə verdi

Dəvələr haqda maraqlı məlumatlar

18+

Tələbələri porno videolara çəkən şəxs tutulub
Eltisi tərəfindən piyləri çıxarılan qadın öldü - BAKIDA ŞOK
Satışda zəhərli uşaq paltarları aşkarlandı— Bu işdə “Azərenerji” rəhbərinin oğlunun da adı hallanır
Dişləri ev şəraitində belə ağartmaq mümkündür — RESEPT

İstanbulda 70 kilo qızılla tutulan azərbaycanlı hərbi attaşe barəsində QƏRAR