Dağıstanın Baytarlıq və Fitosanitar nəzarət üzrə Federal Xidmətinin əməkdaşları Azərbaycandan Rusiya ərazisinə 20 tona yaxın tütün məhsullarının keçirilməsinin qarşısını alıb.
Bununla bağlı xidmətin saytında məlumat yerləşdirilib.
“Rusiyanın Dağıstan ərazisindəki “Yaraq-Qazmalar” sərhəd-keçid məntəqəsində aparılan karantin fitosanitar nəzarəti zamanı Azərbaycandan gələn və tütün məhsulu daşıyan yük maşınına baxış keçiriblər. Laboratoriyada araşdırmalar zamanı mallarda zərərli maddə aşkar edilib”, – məlumatda bildirilib.
Qeyd edilib ki, məhsul sahibləri inzibati məsuliyyətə cəlb edilib. Malların Azərbaycana qaytarılması ilə bağlı qərar qəbul olunub Oxu24.com
ŞƏRHLƏR