Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
101058
az

Azərbaycanda ət bahalaşdı - Yeni qiymət

13:1115 Yanvar, 2024
201
REDAKTORUN SEÇİMİ
  • A

Son günlər Azərbaycanda qoyun-quzu ətinin bahalaşması müşahidə olunur.

Yaxın günlərə qədər kiloqramı 16-17 manata təklif olunan quzu ətini Bakıda bəzi yerlərdə hətta 20 manata satırlar.

Bəs qiymət artımı nə ilə bağlıdır?

"Report"a açıqlama verən iqtisadçı-ekspert Xaliq Məmmədov deyir ki, hazırda qoyunlarda döl dövrü olduğundan onlar bazara az sayda çıxarılır: "Son nəticədə tələb təklifi üstələyir və qiymətlərin artmasını stimullaşdırır. Digər səbəb isə odur ki, dünyada, o cümlədən Azərbaycanda yem bahalaşıb. Bu da qoyunçuluğun inkişafına mənfi təsir göstərir və ətin qiymətini artırır. Qoyunların sayının azalmasının qarşısını almaq, bu heyvanın yetişdirilməsində effektiv və dayanıqlı inkişafa nail olmaq üçün yarım intensiv və intensiv üsulların tətbiqinə ehtiyac var. Azərbaycanda qoyunçuluğun inkişafı üçün şərait var. Ölkədə damazlıq qoyunçuluğa xüsusi diqqət yetirilməli, bu sahədə təcili olaraq kooperativlər yaradılmalı, ailə-kəndli təsərrüfatlarının inkişafı xüsusi konsepsiya əsasında genişləndirilməlidir”.

Onun sözlərinə görə, işğaldan azad edilmiş ərazilərin ölkə iqtisadiyyatına inteqrasiyası qoyunçuluğun inkişafına müsbət təsir edəcək: "Ötən il həmin ərazilərdə yerləşən yaylaqlara təxminən 3 700 qoyunçuluq və arıçılıq təsərrüfatı köçürülüb. Minalardan təmizləmə işləri davam etdikcə daha çox təsərrüfat bu ərazilərə köçürüləcək və sahə inkişaf edəcək".

Kənd Təsərrüfatı Nazirliyinin rəsmisi Eldar Həsənov isə deyir ki, Azərbaycanda qoyunların sayının azalmasına səbəb həm də onların erkən yaşda, az çəkidə kəsilməsidir: “Belə olan təqdirdə isə heyvan yetişdirilməsi tam aparılmır. Son illər iqlim dəyişiklikləri ilə əlaqədar olaraq təbii otaqlarda - bitki örtüyündə baş verən dəyişikliklər, yem çatışmazlığı da bahalaşmaya səbəb olan amillərdən biridir. Yem bazası da heyvandarlığın inkişafı üçün vacib şərtdır, bol olarsa, heyvanların yemlənməsi lazımi səviyyədə aparılarsa, məhsuldarlıq artar. Ölkə üzrə kəndətrafı örüş sahələrində də azalma var".

E. Həsənov əlavə edib ki, ölkədə intensiv və yarım intensiv qoyunçuluğun inkişafı əhəmiyyətlidir: "Bu sahədə fəaliyyət göstərən fermalar var. Fermerlər bu sahədə təcrübəni öyrənməli, tətbiq etməlidir”.

Hazırda Azərbaycan ət məhsullarına olan tələbin bir hissəsini idxal hesabına ödəyir. Ətə tələbin yüksəlməsi qonşu ölkələrdən, əsasən də Gürcüstandan Azərbaycana gətirilən ət məhsullarının həcminin artmasına gətirib çıxarır. Son 3 ildir ki, ölkəyə diri qoyun əsasən Gürcüstandan gətirilir.

2023-cü ilin 10 ayında Azərbaycan xarici ölkələrdən 24,211 milyon ABŞ dolları dəyərində (2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 75 % çox) 312 min 933 baş (86 % çox) diri qoyun idxal edib. Bunun da 15,952 milyon ABŞ dolları dəyərində (36 % çox) 214 min 191 baş qoyun (42 % çox) Gürcüstandan, 7,94 milyon ABŞ dolları dəyərində (6,6 dəfə çox) 98 min 152 baş (6,4 dəfə çox) Rusiyadan və 317,62 min ABŞ dolları dəyərində (64 % az) 590 baş (71 % az) Türkiyədən gətirilib.

2022-ci ildə Azərbaycana İdxal edilən 194 min 562 baş diri qoyunun 90,4 %-i Gürcüstanın payına düşüb. Bundan başqa Rusiyadan, Türkiyədən və Bolqarıstandan diri qoyun idxal edilib. 2021-ci ildə alınmış 117 min 574 ədəd diri qoyunun 56 % -i Gürcüstanın, 38 %-i isə Rusiyanı payına düşüb.

Qeyd edək ki, ötən ilin yanvar-oktyabr aylarında (sonuncu statistik rəqəmlər) ölkədəki qoyun-keçinin baş sayı 9 % (illik müqayisədə) azalaraq 7 milyon 223 min başa enib. Quş əti də daxil olmaqla diri çəkidə ətin istehsalında da azalma müşahidə olunur. Belə ki, 2023-cü ilin yanvar-noyabr aylarında quş əti də daxil olmaqla diri çəkidə 3 % azalaraq 538,2 min ton ət istehsal edilib.

Mövsümi faktorlar nəzərə alınmaqla aprel ayından yerli istehsalın həcminin artmasını müşahidə edə bilərik. Ət məhsullarının qiymətlərinin artması arzuolunan deyil, amma tələb olunan əsas qida mallarından hesab olunur və kifayət qədər çox istifadə olunur. Bu səbəbdən də insanların ümumi xərcinə təsir edir.

Ona görə də yerli istehsal hesabına tələbin ödənilməsində çətinlik olsa, məqsədəuyğundur ki, xərc aşağı olan ölkələrdən idxal həyata keçirilsin. İdxalın stimullaşdırılması məqsədəuyğundur. İqtisadi stimullar, optimallaşma tədbirləri və vergi güzəştləri yerli istehsalın məsrəflərinin azalmasına səbəb olmaqla özünü məhsulların maya dəyərinin aşağı düşməsində göstərə bilər.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Əhaliyə xəbərdarlıq edildi:dekabrın 6-dan...
Ali Məhkəmə mühüm məlumat yaydı
Sahil Babayevlə görüşmək istəyənlərin NƏZƏRİNƏ!

Yadplanetlilərlə görüşən kişi - "Hazırda otaqda 5 nəfərik, əlaqədə olduğum yadplanetli də buradadır"

18+

Köpəkbalığı qadına hücum etdi - VİDEO
Meyxanaçı Xəyyam Əhmədli dəfn olundu -VİDEO
Satışda zəhərli uşaq paltarları aşkarlandı— Bu işdə “Azərenerji” rəhbərinin oğlunun da adı hallanır
Quş qripi pandemiyası TƏHLÜKƏSİ -Bu ölkə 5 milyon doza peyvənd aldı
Rüfət Səfərov barəsində həbs qətimkan tədbiri seçilib