İsrail təhlükəsizlik qüvvələri Həmas lideri Saleh əl-Arurinin yanvarın əvvəlində öldürülən iki bacısını saxlayıb.
Oxu24.com xəbər verir ki, bu barədə Fələstinin WAFA xəbər agentliyi məlumat yayıb.
Onun sözlərinə görə, Dalal və Fatimə əl-Aruri bazar günü səhər tezdən İordan çayının qərb sahilində keçirilən reydlər zamanı öz evlərində yaxalanıblar.
Qətərin “Əl-Cəzirə” telekanalı İsrail hərbçilərinin onların evinə soxularaq dağıddığını bildirən bacılardan birinin oğlunun görüntülərini nümayiş etdirib.
2017-ci ildən HƏMAS-ın siyasi büro rəhbərinin müavini vəzifəsində çalışan və hərəkatın ikinci komandiri hesab edilən Əl-Aruri yanvarın 2-də İsrailin pilotsuz təyyarəsinin Livan paytaxtının Dahiya ətrafına hücumu nəticəsində öldürülüb.
O, HƏMAS-ın yaraqlı qanadının qurucularından biri olub və İordaniyanın İordan çayının qərb sahilindəki qoşunlarına rəhbərlik edib.
Müəllif:Nigar
Oxu24.com
ŞƏRHLƏR