Rusiyada güclü yanğın olub.
Kazanda banket zalı və “Astoriya” mini otelinin yerləşdiyi binanın dam örtüyü yanıb.
Oxu24.com xəbər verir ki, bu barədə “Tatar-inform” Rusiya Fövqəladə Hallar Nazirliyinin region üzrə idarəsinə istinadən məlumat yayıb.
Müəssisənin əməkdaşları heç kimin xəsarət almadığını, bütün insanların binanı tərk edə bildiyini bildiriblər.
“Yanğınsöndürmə bölmələrinin gəlişi ilə yanğından mühafizə bölməsinin qaz və tüstüdən mühafizə xidmətinin işi təşkil edilib”, - nazirlikdən bildirilib.
Şəhər Dövlət Yol Müfəttişliyindən bildirilib ki, yanğınla əlaqədar Pavlyuxin küçəsində yanğın təhlükəsizliyinin təmin edilməsi məqsədilə Qasovaya küçəsindən Daurskaya küçəsinə kimi avtomobillərin hərəkəti müvəqqəti məhdudlaşdırılıb.
Müəllif:Afət
Oxu24.com
ŞƏRHLƏR