Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
100986
az

Zaxarova Baydenlə  zarafat edib

16:5014 Yanvar, 2024
178
DÜNYA
  • A

Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova ABŞ prezidenti Co Baydenin Ukraynada səngərlərə ehtiyac olması ilə bağlı sözlərindən sonra amerikalılara ironik şəkildə neft obyektlərinin təhlükəsizliyini gücləndirməyi tövsiyə edib.

 

Oxu24.com  xəbər  verir  ki,O, bu barədə öz Telegram kanalında yazıb.

 

“Mən Amerika enerji şirkətlərinə Texasda və ABŞ-ın digər regionlarında neft obyektlərinin təhlükəsizliyini gücləndirməyi tövsiyə edirəm”, - diplomat bildirib.

 

O vurğulayıb ki, 2022-ci ilin əvvəlində Baydenin Rusiyaya oxşar təhlükəsindən sonra “Şimal axını” qaz kəməri partladılıb.

 

Bundan əvvəl Bayden demişdi ki, respublikaçılar Ukraynanı maliyyələşdirməyi dayandırsalar, bunun əvəzini çox baha ödəyəcəklər.

 

Bazar günü, yanvarın 14-də məlum olub ki, ABŞ prezidentliyinə müstəqil namizəd kiçik Robert Kennedi Ukraynaya maliyyənin dayandırılmasının lehinə çıxış edib. Onun mövqeyi hazırkı dövlət başçısı Co Baydenin fikrindən ciddi şəkildə fərqlənir.

 

Müəllif:Afət

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Dünyanın ən bahalı metalı açıqlandı
ABŞ Trampın Qrenlandiyanı “ilhaq etmək” ideyasını yüksək qiymətləndirdi
Mask açıq şəkildə Trampın müttəfiqinə qarşı çıxış edib

Yaponiyada mavi üzgəcli tuna balığı 1,3 milyon dollara satılıb

18+

Moskva metrosunda bıçaqlanma - VİDEO
Rusiya Ukrayna tankını vurdu
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Quduzluq peyvəndi olmadan sağ qalan qadının hekayəsitibb dünyasını təəccübləndirib
Paytaxtda DƏHŞƏT -Hamilə sevgilisini qarnından güllələdi, özü isə...