Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
100967
az

Xırdalana metro çəkiləcək? - RƏSMİ AÇIQLAMA

16:4913 Yanvar, 2024
217
  • A

Bir sıra yerli mətbuatda Baş Plandakı məlumatlar yalnış təhrif olunub, Xırdalanda metro çəkilməsi məsələsi ilə bağlı xəbərlər reallığı əks etdirmir.

Bunu Trend-ə müsahibəsində Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi sədrinin müavini İlqar İsbatov deyib.

Onun sözlərinə görə, Baş Plan hazırlanarkən nəqliyyat məsələsi priroitet mövzu olub, şəhərin planlaşdırma sturkturu məhz küçə-yol şəbəkəsi üzərində qurulur.

"Bizim də ən çox əhəmiyyət verdiyimiz məsələ bu sahə olub. Yanaşmalarda birinci istiqamət avtomobil yollarının yenidənqurulması məsələləri idi. Bakının girişlərində və şəhərin daxilində yaranan tıxacların aradan qaldırılması üçün küçə-yol şəbəkəsinin təkmilləşdirilməsi əsas vəzifələrdən biri kimi qoyulmuşdur. Yanaşma belə olmuşdur ki, Bakının küçə-yol şəbəkəsi formalaşmış sistemdir və əsaslı dəyişilə bilməz. Burada yalnız alternativ xətlər çəkməklə yüklənmiş yollarda yükü azaltmaq olar. Hərəkətin intensivliyi müşahidə olunan yollara parallel alternativ yolların planlaşdırlması ilə bağlı sistemli tədbirlər düşünülüb. Bu prosesdə aidiyyəti qurumların aktiv iştirakı ilə tədbirlər hazılanıb və hökumətə təqdim olunub.

İkinci məsələ metro xətləri ilə bağlıdır. Hazırda 27 metro stansiyası var və 2040-ci ilə qədər bu stansiyaların sayının 46-ya çatıdırlması nəzərdə tutulur. Bunun öhdəsindən gələ bilsək, şəhərin nəqliyyat məsələlərinin əhəmiyyətli bir hissəsi də metro vasitəsilə həll olunacaq.

Bir sıra yerli mətbuatda Baş Plandakı məlumatlar yalnış təhrif olunub, Xırdalanda metro çəkilməsi məsələsi ilə bağlı xəbərlər reallığı əks etdirmir.

Digər aktiv bir istiqamət dəmir yol şəbəkəsi ilə bağlıdır, yenidən qurulma üzrə işlər görülür. Bununla bərabər həm Zirə, həm də Maştağa istiqamətində dəmir yol xətlərinin bərpa və yenidən qurulması ilə bağlı məsələ Baş Planda öz əksini tapıb, - deyə sədr müavini əlavə edib.

Müsahibənin tam versiyasını buradan oxuya bilərsiz.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Bakı aeroportunda qonaq qarşılayan "dinozavr" - VİDEO
"Hizbullah"ın silah anbarları məhv edildi
Bakıda müəllim faciəli şəkildə həlak oldu - Foto

Hindistanın iki“dəli”yoqu

18+

İntim əlaqədə olduğu oğlanı öldürdü - MƏHKƏMƏ
Ölüb-dirilən şəxsin danışdıqları şok etdi - VİDEO
Şəhid oğlunun ev şikayəti ilə bağlı- Gəncə RİH-dən açıqlama
Bu 10 qida xərçəngdən qoruyur - ALİMLƏR AÇIQLADI
Bakı və Sumqayıtda 3 nəfər dələduzluğa     görə      tutuldu