“2023-cü ilin orta aylıq əmək haqqı artımına uyğun olaraq pensiyalarda 10,8 faizlik indeksləşdirmə gözlənilir”.
Oxu24.com xəbər verir ki, bunu Dövlət Sosial Müdafiə Fondunun İdarə Heyətinin sədri Himalay Məmişov 2023-cü ildə görülmüş işlərə dair keçirilən mətbuat konfransında deyib.
O bildirib ki, indeksləşmə yanvarın 1-dən hesablanacaq və artım fevral ayının pensiyasında vətəndaşlara veriləcək:
“Mütəmadi olaraq pensiyalar artırılır. Dövlət başçısının tapşırığında bu istiqamətdə mesaj var”.
Oxu24.com
ŞƏRHLƏR