Sabirabadda 43 yaşlı qadın dəm qazından boğularaq ölüb.
Oxu24.com-un məlumatına görə, hadisə şəhərin Heydər Həmidov küçəsində qeydə alınıb.
Həmin ünvanda yaşayan 1981-ci il təvəllüdlü Ağayeva Sahilə Saleh qızı dəm qazından zəhərlənib.
O, Sabirabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılsa da, dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır.
Oxu24.com
ŞƏRHLƏR