Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
100939
az

Putinin qızı görün kim imiş  -  İLK DƏFƏ DANIŞDI +VİDEO

22:2012 Yanvar, 2024
368
REDAKTORUN SEÇİMİ
  • A

Rusiya prezidenti Vladimir Putinin böyük qızı Mariya Vorontsova ilk dəfə müsahibə verib.
Oxu24.com   xəbər verir ki, M. V. Lomonosov adına Moskva Dövlət Universitetinin Fundamental Tibb fakültəsinin elmlər üzrə dekan müavini Mariya Vorontsova qeyri-kommersiya təşkilatı "Medtech.Mocsow"a danışıb.

Müsahibə dekabrın 16-da baş tutsa da, YouTube kanalına yeni yüklənib. Tez bir zamanda da bütün dünyanın diqqətini çəkib. Çünki Putinin illərdir gözdən kənarda qalan 38 yaşlı qızı Vorontsova ilk dəfə öz həyatı ilə bağlı müsahibə verib.

Həyat təfərrüatları Kreml tərəfindən açıqlanmayan Vorontsova Putinin keçmiş həyat yoldaşı Lüdmila Putinadan olan iki qızından biridir. O, uşaq endokrinoloqu və hollandiyalı iş adamı Jorrit Joost Faassen ilə evlidir

Müsahibəsində qlobal tibbi inkişaflardan bəhs edən Vorontsova bildirib ki, uşaqlıqdan həkim olmaq istəsə də, sonradan elmi sahəyə yönəlib.

Onun Rusiyanın insan mərkəzli bir cəmiyyət olduğunu ifadə edərək, "Bizim üçün insan həyatı ən yüksək dəyərdir" deyə qeyd etməsi birmənalı qarşılanmayıb. Lakin Vorontsovanın bu sözləri sosial şəbəkələrdə böyük əks-səda doğurub. Sosial media istifadəçiləri ona Çeçenistan, Suriya və Ukraynanı xatırladıb.

 

Vorontsova 42 dəqiqəlik müsahibə boyu Putinin atası olmasından və Putinlə münasibətlərindən bəhs etməyib.

 

O, yalnız boş vaxtlarını necə keçirdiyindən danışıb. Sörfinq və xizək sürməyi çox sevdiyini bildirən Vorontsova idman həvəskarı olduğunu bildirib: "Həftədə ən azı bir neçə saatımı sağlam həyat tərzinə və idmana ayırıram. Gözəl olan hər şey mənim üçün ilham mənbəyidir: Rəsm əsərləri, muzeylər, teatrlar, musiqi”.

Müsahibənin aparıcısı və “Medtech.Moscow”un baş direktoru Vyaçeslav Şulen gənc qadına atası ilə bağlı heç bir sual verməyib.

Qeyd edək ki, Mariya Vorontsova və bacısı Katerina Tixonova prezident atalarının Ukraynaya qarşı müharibəyə başlamasından sonra ABŞ və Avropanın tətbiq etdiyi sanksiyalara məruz qalıblar.(azvision.az)

 

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Bu binalar sökülür  -  VİDEO
Aprelin 14-də keçirilən imtahanların nəticələri elan olunub
Belqorod vilayətində raket təhlükəsi elan edilib

Nəhəng günəş ləkəsi Yerdən adi gözlə görünməyə başladı

18+

Şəhərin mərkəzində turistin bıçaqlanması kameraya düşdü (18+VİDEO)
Efirdə kövrək anlar: Himni eşidən azyaşlı ağladı - VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Maşınlardan oğurladığı bank kartları ilə alış-veriş edən şəxs saxlanıldı - VİDEO