Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
100929
az

Ərdoğandan Yəmənin bombalanmasına ilk reaksiya

22:0412 Yanvar, 2024
201
DÜNYA
  • A

ABŞ və Böyük Britaniya Yəmənin şimalında hakim husi hərəkatının hədəflərinə qarşı əməliyyata başlayıb. Onlar təyyarələrdən, gəmilərdən və sualtı qayıqlardan atılan raketlərlə Yəmən husilərinə hücum ediblər. Nəticədə ABŞ-ın rəhbərlik etdiyi koalisiyanın hava hücumları nəticəsində Yəməndə ən azı 5 nəfər ölüb, 6 nəfər yaralanıb.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ və Britaniyanın Yəməni bombalaması barədə açıqlama verib. Cümə namazından çıxarkən sualları cavablandıran ölkə başçısı bildirib ki, Qırmızı dənizi qan gölünə çevirmək istəyirlər.

ABŞ və Britaniya Yəməni bombalayır: Yaxın Şərq qana boğulub - VİDEO

"Güc nisbəti düzgün deyil. İngiltərə hər zaman ABŞ ilə birlikdə addım atıb. Görünür Qırmızı dənizi qan gölünə çevirmək istəyirlər. İran isə belə bir vəziyyətdə özünü necə müdafiə edəcəyini düşünür. Husilər çox yaxşı müdafiə olunurlar", - o qeyd edib.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

ABŞ Suriyaya qarşı sanksiyaları yumşaldır
Messini tənqid etdi: "Çıxış yolunu tapmalıydın"
Kanadanın Baş naziri istefasını açıqladı

Yaponiyada mavi üzgəcli tuna balığı 1,3 milyon dollara satılıb

18+

Moskva metrosunda bıçaqlanma - VİDEO
Rusiya Ukrayna tankını vurdu
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Vüqar Qurbanov bu xəstəxanaya baş həkim      təyin       etdi
24 yaşlı bir uşaq anası hamamda    özünü     asdı