Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
100920
az

“Ona ayıb olsun! Xalq artisti adına...” – Röyanın mahnısına etiraz

20:0812 Yanvar, 2024
269
ŞOU-BİZNES
  • A

Xalq artisti Röya Ayxan bir neçə gün öncə sosial şəbəkə hesabında "Gic kimi" adlı mahnısına çəkdirdiyi qısametrajlı klipi izləyiciləri ilə bölüşüb. Yenidən gündəmə gələn mahnının sözlərini sosial şəbəkə izləyiciləri birmənalı qarşılanmayıb. Bəziləri mahnının sözlərinin bayağı olduğunu iddia edərək bunun Xalq artisti fəxri adını daşıyan sənətçiyə yaraşmadığını qeyd edib.

OXU24.COM  bildirir ki, yenisabah.az-a danışan Əli Mirəliyev "Ürəyi boş, ürəyi sevmir heç kimi. Gözlədim mən onun yolunu gic kimi" misralarının oxumasını Xalq artistinə yaraşdırmayıb.

O, Röyanın bu ada layiq olmadığını da iddia edib:

"Röya Xalq artisti deyil! Ona yalandan bu fəxri adı veriblər. Yalançı Xalq artisti. Elə buna görə ağlına nə gəldi oxuyur. Xalq artisti adını alan insan gərək özünə hörmət etsin. Röya indi nə oxuyur bilmirəm, amma söhbət indidən yox, elə əvvəldən gedir. 

Röyanın əvvəlki hərəkətlərinə nəzər yetirmək kifayətdir ki, biləsən elə bu cür oxumalıdır. Başqa nə oxumalı idi? O, Akif İslamzadə, Şövkət Ələkbərova, Gülağa Ağayev kimi, lap elə mənim kimi oxumalı idi?! Onun ədəbi olub ki, ədəbli də oxusun?"

Ə. Mirəliyev Xalq artisti Aygün Kazımovanın və Röyanın fəxri adlarının onlardan geri alınmasını tələb edib:

"Röya Aygünün də üstündən gedir. O, "geydirmə" oxuyur. Xalq artisti ara sözlərinə, meyxana sözlərinə mahnı qoşub oxumaz! Ayıbdır! Ona ayıb olsun. O, Xalq artisti kimi mötəbər bir ada layiq deyil və bu adı həm  ondan, həm də Aygün Kazımovadan geri almaq lazımdır

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Elzanın oğlu əsəbiləşib məclisi tərk etdi - FOTO
Studiyada təsirli anlar: Lalə Azərtaşın ayağına qapandı - VİDEO
Əli Mirəliyev yeni imicindan DANIŞDI:

Günəşdə ən yüksək dərəcəli daha bir partlayış baş verdi

18+

Məktəbli qızın telefonuna əxlaqsız video göndərən kişi axtarılır
Evində ölü tapılan müğənni ilə bağlı AÇIQLAMA +VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Əməköməcinin Bilmədiyiniz İNANILMAZ FAYDASI
Şəmkirdə müğənni qəzaya düşdü, oğlu öldü