Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
100901
az

Avropa Komissiyası Macarıstana güzəştə gedir

11:4112 Yanvar, 2024
167
  • A

Avropa Komissiyası Ukraynaya 50 milyard avro məbləğində hərbi yardımın ayrılmasına vetonu ləğv etmək üçün Macarıstanın bəzi tələblərini yerinə yetirməyə hazırdır.

 

Oxu24.com  xəbər  verir  ki,bu barədə Financial Times-a bir neçə yüksək vəzifəli avropalı məmur bildirib.


Nəşrin həmsöhbətləri bildiriblər ki, Macarıstanı dekabrda Aİ-nin hərbi yardım paketinə qoyduğu vetonu ləğv etməyə inandırmaq üçün Avropa Komissiyası Baş nazir Viktor Orbana 2025-ci ilin ortalarında maliyyə sazişini dayandırmaq hüququ verməyə hazırdır.

 

Potensial güzəştin bir hissəsi kimi Macarıstan Ukraynanın hələ də nə qədər maliyyəyə ehtiyacı olduğunu və onun vəsait almaq üçün Aİ tələblərinə cavab verib-vermədiyini qiymətləndirmək üçün sazişin şərtlərinin yenidən müzakirəsinə başlaya bilər.

 

Mənbələr bildiriblər ki, Komissiya həmçinin yardımın ayrılmasının illik yoxlanılmasına və hər hansı ölkənin “Ukraynaya ödənişlərlə bağlı ciddi narahatlıqlar” yarada biləcəyi “fövqəladə əyləc” bəndinin Aİ liderlərinin sammitində müzakirəyə çıxarılmasına qarşı deyil.

 

Qeyd olunur ki, bu bənd Macarıstana maliyyələşdirməyə veto qoymaq üçün əlavə imkan verməyəcək.

 

Yüksək rütbəli bir Macarıstan rəsmisi, bu şərtlərin Viktor Orbanın vetonu ləğv etməsi üçün kifayət edib-etmədiyini soruşduqda, FT-yə dedi: "Hələ əmin deyiləm, amma yəqin ki, bəli deyirəm." Məlumatlı mənbə nəşrə bildirib ki, macarlar “danışıqlara hazırdırlar”.

 

Dekabrın 15-də Macarıstanın baş naziri Viktor Orban Avropa İttifaqının Ukraynaya 50 milyard avro məbləğində iqtisadi yardım ayırmaq qərarına veto qoyub. Avropa Şurasının rəhbəri Şarl Mişel daha sonra qeyd edib ki, Ukraynaya yardıma yalnız Macarıstan qarşı çıxır.

 

FT yazır ki, Aİ rəsmiləri Macarıstandan yan keçməklə Ukraynanın maliyyələşdirilməsinin alternativ mexanizmlərini müzakirə etdilər, lakin belə qənaətə gəldilər ki, onlar daha bahalı olacaq və vəsaitlərin çatdırılması üçün daha çox vaxt tələb olunacaq.

 

Müəllif: Nigar

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Cənubi Koreya liderinin yenidən həbsinə     order     verildi
Lukaşenko Ukraynanı müharibəyə kimin apardığını açıqlayıb
İslandiya Ukraynaya 30 milyon    dollar    bağışladı

Yaponiyada mavi üzgəcli tuna balığı 1,3 milyon dollara satılıb

18+

Moskva metrosunda bıçaqlanma - VİDEO
Rusiya Ukrayna tankını vurdu
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Vüqar Qurbanov bu xəstəxanaya baş həkim      təyin       etdi
24 yaşlı bir uşaq anası hamamda    özünü     asdı