Qaynar xətt:

(+99450) 247 90 86

Rusiya ilə sərhədin bağlanmasını uzatdılar

DÜNYA

214

11.01.2024, 21:40

Finlandiya hökuməti Rusiya ilə sərhədin bağlanmasını fevralın 11-dək uzadıb.

Bu ölkənin Daxili İşlər Nazirliyinin rəhbəri Mari Rantanen açıqlama yayıb.

Belə bir qərarın yanvarın 11-də Dövlət Şurasının ümumi iclasında qəbul edildiyi bildirilir.

“Milli təhlükəsizlik Finlandiya üçün kritik problem olaraq qalır”, - Rantanen deyib.

O, həmçinin əlavə edib ki, mövcud vəziyyət Finlandiyada yaşayan ruslara və iki ölkə pasportu olanlara mənfi təsir göstərir. Bununla belə, onun nöqteyi-nəzərindən “Rusiyadan gələn təhlükə qalmaqdadır”.