Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
100878
az

Səfir  Xarici İşlər Nazirliyinə çağırılıb

16:0211 Yanvar, 2024
113
DÜNYA
  • A

Gürcüstan Xarici İşlər Nazirliyi Danimarkanın Tbilisidəki səfiri Ann Torf Sorenseni Danimarkanın “Jyllands-Posten” nəşrindəki məqaləsinə görə nazirliyə  çağırıb.

 

Həmin məqalədə diplomat hakim “Gürcü Arzusu – Demokratik Gürcüstan” partiyasının təsisçisi Bidzina İvanişvilini “oliqarx” adlandırıb.

 

Oxu24.com  xəbər  verir  ki,bu barədə “İmedi” telekanalı məlumat yayıb.

 

Qeyd edildiyi kimi, səfirin günün sonuna kimi Xarici İşlər Nazirliyində olması gözlənilir.

 

Ölkənin Aİ-yə namizəd statusundan sonra Gürcüstanın Avropa perspektivlərinə dair məqaləsində Sorensen yazır ki, “Gürcü arzusu”nu “1990-cı illərdə Rusiyada var-dövlət qazanmış oliqarx Bidzina İvanişvili” təsis edib.

 

Diplomat həmçinin qeyd edir ki, Gürcüstan Ukrayna və Aİ tərəfindən “Rusiyaya dost siyasət” yürütdüyünə görə tənqid olunub.

 

Danimarka səfirinin açıqlamaları Gürcüstanın hakim partiyasında tənqidlərə səbəb olub. Xüsusilə Tbilisi meri və partiyanın baş katibi Kaxa Kaladze Sorensenin açıqlamalarını “çirkli” adlandırıblar.

 

Müəlli:Afət

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Məşhur aktrisadan şok iddia:
Son 70 ildə ilk: Onlar taclarından imtina etdilər
İsrail qırıcıları Hizbullahın hərbi obyektlərinə zərbə endirdi

Nəhəng günəş ləkəsi Yerdən adi gözlə görünməyə başladı

18+

Şəhərin mərkəzində turistin bıçaqlanması kameraya düşdü (18+VİDEO)
Efirdə kövrək anlar: Himni eşidən azyaşlı ağladı - VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Bakıda kişi gecə saatlarında özünü asdı