Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
100876
az

Qanunsuz ov edənləri hansı cəza gözləyir? - HÜQUQİ YARDIM 

15:5511 Yanvar, 2024
739
HÜQUQ
  • A

Oxu24.com oxuculara  hüquqi yardım  layihəsini davam etdirir.

 

Bu dəfə  təqdim  etdiyimiz  mövzu  qanunsuz ov etmə zamanı  yaranan  məsuliyyətlə  bağlıdır.

 

Cinayət  Məcəlləsinin 258-ci  maddəsində  Qanunsuz ov etmə  zamanı  yaranan  məzuliyyətlə  bağlıdır.

 

258.1. Lazımi icazə olmadan və ya qadağan edilmiş yerlərdə, yaxud qadağan edilmiş vaxtda, qadağan edilmiş alət və üsullarla ov etmə xeyli miqdarda ziyan vurduqda— iki min manatdan üç min manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan üç yüz iyirmi saatadək ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması ilə cəzalandırılır.

258.2. Eyni əməllər: 258.2.1. külli miqdarda ziyan vurulmaqla törədildikdə;

258.2.2. partlayıcı maddələrdən və ya quşların və heyvanların kütləvi məhvinə səbəb olan başqa üsullardan istifadə etməklə törədildikdə;

258.2.3. ovlanması tamamilə qadağan edilmiş quşlara və heyvanlara qarşı törədildikdə;

258.2.4. qoruqların ərazisində və ya ekoloji fəlakət və fövqəladə ekoloji vəziyyət zonasında törədildikdə— üç min manatdan altı min manatadək miqdarda cərimə və ya bir ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

258.3. Bu Məcəllənin 258.1-ci və 258.2-ci maddələrində nəzərdə tutulan əməllər:

258.3.1. vəzifəli şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə;

258.3.2. qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən törədildikdə—

altı min manatdan doqquz min manatadək miqdarda cərimə və ya iki ildən beş ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya

üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Qeyd: Bu Məcəllənin 258.1-ci maddəsində «xeyli miqdar» dedikdə, min manatdan yeddi min manatadək olan məbləğ, 258.2.1-ci maddəsində “külli miqdar” dedikdə isə yeddi min manatdan artıq olan məbləğ başa düşülür.

 

Müəllif: Miri  Məcidli

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Ədalət Verdiyevin cəzası bu ola bilər — Hüquq nə deyir?
İşə gecikməyə görə maaşdan pul tutula bilər?— VƏKİL AÇIQLADI
“İrşad Electronics” qanunları necə pozur?

Dəvələr haqda maraqlı məlumatlar

18+

Tələbələri porno videolara çəkən şəxs tutulub
Eltisi tərəfindən piyləri çıxarılan qadın öldü - BAKIDA ŞOK
Satışda zəhərli uşaq paltarları aşkarlandı— Bu işdə “Azərenerji” rəhbərinin oğlunun da adı hallanır
Dişləri ev şəraitində belə ağartmaq mümkündür — RESEPT
31 il əvvəl törədilmiş qətlin   üstü   açıldı