Noyabrda ABŞ yüz minlərlə dollar dəyərində təxminən 10 min barel Rusiya mənşəli neft idxal edib.
Oxu24.com xəbər verir ki, bu barədə RBC yazır.
ABŞ-ın xarici ticarət statistikası məlumat bazasına əsasən, 2023-cü ilin noyabrında ABŞ Rusiya mənşəli xam nefti 749,5 min dollara idxal edib.
Bundan əvvəl Rusiya neftinin ABŞ-a sonuncu idxalı 2022-ci ilin aprelində baş tutub.
Bu cür idxal, sanksiyalara baxmayaraq, ABŞ Maliyyə Nazirliyinin Xarici Aktivlərə Nəzarət Ofisinin ayrıca lisenziyaları əsasında mümkündür.
Müəllif:Nigar
Oxu24.com
ŞƏRHLƏR