Xəbər verdiyimiz kimi, Mübariz İbrahimovu təhqir edən psixologiya fakültəsinin tələbəsi Nərmin Şahmarzadə məhkəməyə verilib. Onunla bağlı məhkəməyə iddia ərizəsi ilə müraciət edən Muay-tay və Tayboksinq Federasiyalarının vitse-prezidenti Araz Musayev və vəkil Ramil Rüstəmov tələbə xanımın qanuna müvafiq qaydada cəzalandırılmasını tələb edirlər.
Oxu24.com -un əldə etdiyi məlumata görə, Xətai Rayon Məhkəməsinin çıxardığı qərardan narazı qalan tərəflər Bakı Apellyasiya Məhkəməsinə müraciət ediblər. Məhkəmə prosesi 27 fevral 2019-cu il tarixdə baş tutacaq.Məhkəmə hakim İlqar Murquzovun sədrliyi ilə keçiriləcək.
Xatırladaq ki, tələbə Nərmin Şahmarzadə sosial şəbəkələrdə Milli Qəhrəman Mübariz İbrahimovu "qatil" adlandırmışdı.Qeyd olunan məsələ cəmiyyətdə böyük etiraza səbəb olmuşdu.
{banner_reklam}
Oxu24.com
ŞƏRHLƏR