Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
100856
az

Zobu, depressiyanı müalicə edən MÖCÜZƏLİ DAŞ

22:2710 Yanvar, 2024
256
CƏMİYYƏT
  • A

Kəhrəba əslində daş deyil. Bu qədim ağacların daşlaşmış qətranıdır.

Kəhrəba qədim zamanlarda əsasən müalicəvi vasitə kimi istifadə olunurdu. Təbiblər kəhrəba tozunu zəhərlənmə, epilepsiya, cinsi zəiflik, sonsuzluq və bir çox digər xəstəliklərin müalicəsində istifadə edirdi.   

OXU24.COM  bildirir ki, dahi təbib İbn Sina (Avisenna) kəhrəbanın köməyi ilə dabanlarda çatlardan başlayaraq böyrək daşlarına qədər bir çox xəstəlikləri müalicə edirdi.

Elmdə sübut olunub ki, kəhrəba orqanizmə fizioterapevtik təsir edir.

Kəhraba əhvalı yaxşılaşdırır, depressiyanı azaldır, yuxunu tənzimləyir. Yuxusuzluqdan əziyyət çəkən insanlara yastığa kəhrəba daşı qoymağı tövsiyə edirlər.

Qədimdə narahat yatan körpənin beşiyinin üzərində kəhraba daşı asırdılar.

Kəhrəba immun sisteminə stimullaşdırıcı təsir edir, soyuqdəymə xəstəliklərin riskini azaldır.

Kəhrəbanın qalxanvari vəziyə də müsbət təsiri var. Qədim zamanlardan qadınlar özünü qalxanvari vəzi xəstəliklərindən qorumaq üçün kəhrəba boyunbaqlarından istifadə edirdi. Təbii ki, ciddi qalxanvari vəzi xəstəliklərini kəhrəbanın köməyi ilə müalicə etmək mümkün deyil. Lakin müəyyən profilaktik təsiri mövcuddur.

Kəhrəbanın tərkibində olan kəhrəba turşusu güclü biostimulyator sayılır. Onun orqanizmə olan müsbət təsiri çox genişdir - sinir və mədə-bağırsaq sistemləri, böyrəklər, maddələr mübadiləsi və s.

Bu turşu həmçinin  iltihabəleyhinə təsirə sahibdir.  Bu səbəbdən kəhrəba revmatizm, tənəffüs yolları iltihabları, bronxial astma zamanı kömək edir.

Kəhrəba meteohassas insanlara da kömək edə bilər. Havanın dəyişilməsi zamanı kəhrəbadan olan boyunbağı və ya qolbaq taxın və ya sadəcə kəhraba daşını cibinizdə gəzdirin.

Kəhrəba daşı ilə üz massajı dəriyə çox müsbət təsir edir - dərini cavanlaşdırır, daha təravətli, hamar və parlaq edir.

Nəzərə almaq lazımdır ki, yalnız təbii, emal olunmamış kəhrəba orqanizmə müalicəvi təsir edir.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Yemək yeyərkən telefondan istifadə edənlərə bəd xəbər
Bu insanlar yata bilmirlər
Bakıda ərini öldürən qadın 4 uşaq anası imiş - hadisə yerindən VİDEO

  • TOP GÜN
  • TOP HƏFTƏ
  • TOP AY

18+