Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
100853
az

Zelenski: Müharibəni dayandırmaq üçün tərəfdaşlarımızın təzyiqinə məruz qalmırıq

22:1210 Yanvar, 2024
130
DÜNYA
  • A

"Ukraynanın Rusiya təcavüzünə qarşı müdafiəsini dayandırması ilə bağlı tərəfdaşlar tərəfindən heç bir təzyiq yoxdur".

OXU24.COM  APA-ya istinadən xəbər verir ki, bunu Ukrayna Prezidenti Vladimir Zelenski Vilnüsdə Litva Prezidenti Gitanas Nauseda ilə görüşdən sonra brifinqdə deyib.

"Ukraynanın Rusiya təcavüzünə qarşı müdafiəsini dayandırması ilə bağlı tərəfdaşlar tərəfindən heç bir təzyiq yoxdur. Ədalətli müdafiəmizi və mübarizəmizi dayandırmaq - bu məsələdə heç bir təzyiqlə üzləşmirik. Hazırda belə təzyiq yoxdur", - Zelenski deyib.

O, müharibə ilə bağlı müxtəlif fikirlərin olduğunu da əlavə edib.

"Onları eşidir və bu tanış fikirləri mətbuatda oxuyuram. Müxtəlif fikirlər səslənir, müzakirələr aparılır. Ancaq hesab edirəm ki, tərəfdaşlarımız hələ rəsmi olaraq bizə müvafiq siqnallar verməyə hazır deyil. Ən azından mən onları şəxsən eşitməmişəm. Amma düşünürəm ki, biz Rusiya Prezidentinin ritorikasına diqqət yetirməliyik. O, dayanmaq fikrində deyil. O, bizi tamamilə işğal etmək istəyir", - deyə Ukrayna Prezidenti bildirib.

Zelenskinin sözlərinə görə, tərəfdaşların Ukraynaya maliyyə və hərbi yardımla bağlı qeyri-müəyyənliyi, bəzən ləng reaksiyası Rusiyaya yalnız cəsarət və güc verir. Ona görə də bunu (yardımın verilməsini - red.) təxirə salmağa qətiyyən ehtiyac yoxdur", - prezident vurğulayıb.

Prezident Zelenski bəyan edib ki, Putin Ukraynanı məhv etməyənə qədər dayanmayacaq.

"Ukrayna buna dözməsə, növbəti hədəfdə Litva, Latviya, Estoniya və Moldova ola bilər. Onlar (ruslar - red.) artıq Finlandiyadan, Özbəkistanın müstəqilliyindən danışmağa başlayıblar... O (Putin - red.) biz hamımız birlikdə bu müharibəni bitirməyənə qədər istilalara son qoymayacaq", - deyə Zelenski vurğulayıb.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Ankara və Afina arasında həlli mümkün olmayan məsələ yoxdur - Ərdoğan
Belqorodda ölənlərin sayı 14-ə çatdı - YENİLƏNDİ
Şoyqu bu vəzifəyə təyin edildi

Dünyanın ən kök oğlanı belə çəki itirdi - Foto

18+

Şəhərin mərkəzində turistin bıçaqlanması kameraya düşdü (18+VİDEO)
Raket binaya belə düşdü - DƏHŞƏTLİ VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
İrandan gətirilən 61 kq narkotiki satmaq istədilər